Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Taxıl Fondunun rəisi söz verdi: “Taxıl boldur, çörək bahalaşmayacaq”

Tarix: 16-09-2021 17:55     Baxış: 3140 A- / A+
Taxıl Fondunun rəisi söz verdi: “Taxıl boldur, çörək bahalaşmayacaq”

Azərbaycanda bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırıb. Çörəyin qiymətinin qalxması da bəzi dedi-qodulara yol açıb. Hətta bəzi iqtisadçılar Azərbaycanda un və taxılın qiymətinin kəskin artacağını, nəticədə çörəyin bahalaşacağını proqnozlaşdırır.

Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin rəisi Zülfüqar Məmmədov qaynarinfo-ya açıqlamasında taxıl qıtlığı ilə bağlı verilən "şərhlərin” əsassız olduğunu və bu cür açıqlamaların əhali arasında ajiotaj yaratmaqdan başqa bir işə yaramadığnı bildirib:

"Azərbaycanda kifayət qədər taxıl ehtiyatı var. Bunun miqdarı dövlət sirri olduğundan açıqlamıram. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər taxıl ehtiyatı mövcuddur. Əhalinin bu məhsula olan ehtiyacı tam ödənilir. Heç bir qorxuya və ajiotaja ehtiyac yoxdur. Bu gün səhər də taxıl ehtiyatı ilə bağlı yenidən müzakirə aparıldı və bu məsələ hökumət tərəfindən birmənalı həll edilib. Əmin olun ki, hər şey nəzarət altındadır”.

Çörəyin qiymətinin bahalaşmasına gəlincə, Zülfüqar Məmmədov bildirib ki, bu gün səhər bu məsələ də müzakirə edilib: "Azərbaycanda çörəyin qiyməti bahalaşmayacaq. Süni qiymət artımının da qarşısı alınacaq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar