Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

BU ZƏNGLƏRƏ cavab verməyin! - Yeni KİBER TƏHLÜKƏ/VİDEO

Tarix: 13-09-2021 19:22     Baxış: 3134 A- / A+
BU ZƏNGLƏRƏ cavab verməyin! - Yeni KİBER TƏHLÜKƏ/VİDEO

Azərbaycanda "Man in the middle" və "Spoofing Caller ID" hücumu başlayıb. Bir proqram təminatı vasitəsilə (əslində bir çox) istənilən şəxsə istənilən nömrədən zəng etmək olur. Az əvvəl yoxladım və işləyir. Şəkildə özümə 050 111 11 11 nömrəsindən zəng etmişəm. Bu məşhur "Spoofing Caller ID" hücum növüdür. İstədiyiniz adamın nömrəsi ilə başqasına zəng edirsiniz. Məsələn, sizə atanızdan zəng gəlir, ekranda ATA çıxır amma danışan başqa adamdır. Yaxud sizə polisdən, bankdan zəng gəlir amma arxada danışan cinayətkardır.

Manevr.az xəbər verir ki, bunu texnobloger Fərid Pərdəşünas qeyd edib.

O bildirib ki, bu metodla insanlar aldadılır və məlumatları ələ keçirilir: "İşin pis tərəfi bu əlavə ilə səsi də dəyişmək olur. Bu metodla Azərbaycanda hücumlar artıq var. Dövlət tərəfindən həmin əlavəyə çıxışlar bağlanıb. Lakin, VPN ilə hücumlar olur. Proqram təminatı qlobal işləyir. Yerli operatorların problemi deyil. Telekommunikasiya sektorunda bilinən qlobal problemdir. Vəziyyətdən çıxış yolu telefonda səsli şəkildə heç kimə məlumat verməməkdir. Tətbiqi məndən soruşmayın. Yayılmasının qarşısını almaq üçün heç kəsə bu barədə məlumat vermirəm. Aşağıda yazılanlara əməl edin və qorunun".

Texnobloger əlavə edib ki, gələn zəngin kim tərəfindən edilməsinə baxmayaraq, şəxsi məlumatlarınızı bölüşməyin: "Bu bank hesab nömrəniz, ananızın qız vaxtının soyadı, sirli kod və digər məlumatlardır. Gələn görüntülü zənglərə qeyri-əxlaqi intim hərəkətlər edərək cavab verməyin. Ən yaxşısı isə ümumiyyətlə o zənglərə cavab verməyin./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar