Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

Gorus-Qafan yolunda gömrük rüsumunun alınması RƏSMƏN TƏSDİQLƏNDİ

Tarix: 13-09-2021 16:06     Baxış: 3136 A- / A+
Gorus-Qafan yolunda gömrük rüsumunun alınması RƏSMƏN TƏSDİQLƏNDİ

Azərbaycan Respublikasının ərazisindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı bildiririk ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 210-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.


Bu məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir.

Manevr.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı açıqlamada qeyd edilib.

Bildirilib ki, hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur.

Qeyd edək ki, ötən gün Gorus-Qafan yolunun Azərbaycandan keçən 21 km-lik hissəsi üçün Azərbaycan DGK-nin tranzit vergisi alınması barədə erməni mediası məlumat yaymışdı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar