Xəbər lenti
"Yaxın vaxtlarda qulaqları uzanmış canlıları görə biləcəyik”
İqlim böhranının təkcə insanlara deyil, yer üzündəki bütün canlılara da təsiri var. Yayımlanan yeni bir araşdırmaya görə, heyvanlar iqlim böhranı səbəbindən yüksələn temperaturlara uyğunlaşmaq üçün fizioloji olaraq dəyişməyə başlayıb.
Manevr.az xəbər verir ki, “Trends in Ecology & Evolution” jurnalında dərc edilən araşdırmaya görə, iqlim böhranı ilə əlaqədar ortaya çıxan fərqlərin xüsusilə quşlarda daha aydın olduğu təsbit edilib. Araşdırmanın müəllifi, quşlar üzrə tədqiqatçısı Sara Rydingin sözlərinə görə, forma dəyişikliyi heyvanların iqlim dəyişikliyi ilə mübarizə apardığı və hər şeyin yaxşı olduğu anlamına gəlmir.
“Bu o deməkdir ki, onlar yalnız yaşamaq üçün təkamül ediblər. Bu dəyişikliklərin digər ekoloji nəticələrinin nə olacağını və ya bütün növlərin dəyişə və yaşaya bilib-bilməyəcəyini bilmirik".
Elm adamları forma dəyişikliyinin yeganə səbəbi kimi iqlim dəyişikliyini göstərməyin çətin olduğunu söyləsələr də, araşdırılan nümunələrin ortaq nöqtəsi olduğunu bildirirlər.
Buna misal olaraq 1871-ci ildən bəri hər il yay istiliyində dəyişən bir neçə Avstraliya tutuquşu növünü göstərmək olar. Həmçinin tədqiqatçılar ağac siçovullarında quyruq uzunluğunun, maskalı siçovullarda quyruq və ayaq ölçüsünün artdığını bildirirlər. Quyruq və ayaq uzunluqlarından əlavə, isti iqlimlərdə yarasaların qanad ölçüsündə də artım müşahidə edilir.
Yayımlanan məqalədə, istiləşmənin olduğu müddət ərzində forma dəyişminin də davam edəcəyi iddia edilir.
"İndiyə qədər gördüyümüz dəyişikliklər olduqca kiçikdir, buna görə də dəyişikliklərin dərhal fərqinə varılması ehtimalı azdır. Ancaq qulaq kimi görkəmli əlavələrin dəyişəcəyi proqnozlaşdırılır, buna görə də yaxın vaxtlarda uzun qulaqları olan canlıları görə biləcəyik",- deyə tədqiqatçılardan biri bildirib./bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar