Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirusun əlamətləri: Günbəgün gedişat necə olur?

Tarix: 09-09-2021 22:15     Baxış: 3183 A- / A+
Koronavirusun əlamətləri: Günbəgün gedişat necə olur?

Hər kəs koronavirusun əsas əlamətlərinin temperatur, öskürək və nəfəs darlığı olaraq bilir. Lakin ABŞ-lı mütəxəssislər bu simptomlara yenilərini də əlavə edib.

Koronavirusun əsas əlamətləri:

* Temperatur
* Öskürək
* Nəfəs darlığı ya da nəfəsalmada çətinlik
* Üşütmə
* Üşütmə ilə birlikdə titrəmə
* Əzələ ağrısı
* Baş ağrısı
* Boğaz ağrısı
* Dad və iybilmənin itməsi

Koronavirus günbəgün...

1-3-cü gün: Soyuqdəymə və qripə bənzəyən əlamətlərlə ortaya çıxır. Yüngül temperatur və boğaz ağrısı eyni zamanda, immunitetiniz zəifdirsə ishal və ürək bulanma da baş verə bilər.
4-cü gün: Boğaz ağrısı şiddətlənər. Səs tutular. Yemək və içmədə çətinliklər yaşaya bilərsiniz. Yüngül baş ağrısı ilə ishal bu gündən başlayar.
5-ci gün: Boğaz ağrısı şiddətlənir. Yemək və içmək olduqca ağrılı bir hala gələr. Əzələ ağrıları başlayar.
6.-cı gün: Quru öskürək başlayar. Danışarkən, udqunarkən boğaz ağrısı şiddətlənir. Halsızlıq başlayar. Ürək bulanma artar. Zaman-zaman nəfəsalmada çətinlik yaranar. İshal və qusma şiddətli hal alar.
7-ci gün: Temperatur 38 dərəcəyə yüksələr. Öskürək və bəlğəm artar. Bədən və baş ağrıları ilə birlidə qusma da ola bilər.
8-ci gün: Nəfəs alıb-vermək çox çətin bir hala gələr. Sinə ağrısı yaranar. Öskürəklə birlikdə baş və əzələ ağrıları da artar. Temperatur 38 dərəcədən yuxarı qalxar.
9-cu gün: Bütün əlamətlər şiddətlə artar. Üz və dodaqlarda göyərmələr yaranar. Öskürək və bəlğəm getdikcə artar. Bədən və əzələ ağrıları ilə birlikdə qusma da şiddətli hala gəlib çıxar. Əgər bu əlamətləriniz varsa mütləq tibbi yardım alın.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar