Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bir şəhid tanıyıram…

Tarix: 09-09-2021 17:38     Baxış: 3358 A- / A+
Bir şəhid tanıyıram…

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi Şəhidlər!


Bəxtiyar Vahabzadə

Həyatda elə anlar olur ki, bir xalqın dünənini, bu gününü, sabahını müəyyən edir. Və xalqın yeni tarixi də o gündən başlayır...

Xalqımızın haqq savaşı, ərazi bütövlüyümüzün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi də milli ruha bürünmüş hər bir azərbaycanlı üçün qürurverici yeni tarixin başlanğıcı oldu. Bu sevinci bizə yaşadan ölümün gözünə dik baxan igid oğullarımız, cəsur övladlarımızdır. Onlar şəhid oldular, qazi oldular. Müqəddəs vətən torpağını yağı tapdağından təmizləmək üçün sinələrini düşmən gülləsinə sipər etdilər.

“Torpaq-uğrunda ölən varsa vətəndir”! Dağıyla, daşıyla, havasıyla, suyuyla bizə əziz olan, doğma olan vətən adlı müqəddəsin yolunda şəhidlik zirvəsinə yüksələn, məramı və məqamı uca şəhidlərimizdən biri də Poladov Aynur Şıxbaba oğludur.

1980-ci ilin 20 oktyabrında Şabran rayonunun Zeyvə kəndində dünyaya göz açan Poladov Aynur orta məktəbi də doğma kəndində bitirib. Atasını çox erkən itirən Aynur anasının himayəsində tərbiyəli, intizamlı övlad, vətənə, yurda sədaqətli, ləyaqətli vətəndaş kimi böyüyüb. 1998-ci ildə hərbi xidmətə gedib. Hələ uşaq yaşlarından idmana və hərb sənətinə böyük marağı olan vətən oğlu taleyini də hərbi işə bağlayır.
Bir şəhid tanıyıram…

Aynur Poladov 2000-ci ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində gizir kursunu keçərək Piyadaların Döyüş Maşını (PDM) komandiri ixtisasına yiyələnir. Kursu bitirən hərbçi elə həmin il cənub zonasına təyinat alaraq Lənkərandakı N saylı hərbi hissədə xidmətə başlayır.

22 illik hərbi xidməti dövründə hər zaman intizamlılığı, məsuliyyətliliyi ilə seçilən, verilən əmr və tapşırıqları qüsursuz yerinə yetirən Aynur Poladov dəfələrlə komandanlıq tərəfindən diplom və fəxri fərmanlarla təltif olunub.

2016-cı ilin Aprel, 2020-ci ilin İyul döyüşlərinin iştirakçısı olmuş Aynur Poladov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ərazi bütövlüyümüzün bərpası uğrunda başlanan Vətən müharibəsində də ilk gündən mərdliklə döyüşmüşdür.

Yaşamaq həvəsi, həyat eşqi ilə dolu cəsur döyüşçü oktyabrın 2-də Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalır.

Dağıdıcı xisləti, amansız qanunları, qatil ruhu var müharibələrin. İstər ədalətli olsun, istər ədalətsiz. Sonucunda xarabazara çevrilən yurdlar, dağıdılan yollar, yaşıl dünyası yıxılan, yandırılan meşələr, yarımçıq ömürlər, qırılmış ümidlər var.... 2005-ci ildə ailə həyatı quran Aynurun Xəyal və Aydan adında iki övladı bizə əmanət qalıb. Gözün arxada qalmasın, Vətən oğlu! Dar günündə igidlərinə arxalanan Vətən onların əmanətinə ləyaqətlə sahib çıxandır.
Bir şəhid tanıyıram…

Aynur Poladov 2020-ci il oktyabrın 2-də doğulduğu Zeyvə kəndində torpağa tapşırılır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Aynur Poladov şəhadətindən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Ruhunuz şad olsun, vətən sevdalı şəhidlərimiz! Uğrunda canınızdan keçdiyiniz o müqəddəs torpaqlar –

Şuşamız, Laçınımız, Kəlbəcərimiz, Füzulimiz, Zəngilanımız artıq bizimdir. “Qarabağ Azərbaycandır!”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar