Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olundu - ŞƏKİLLƏR

Tarix: 07-09-2021 17:52     Baxış: 3516 A- / A+
Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olundu - ŞƏKİLLƏR

Ədliyyə Nazirliyi tərəfindən sentyabrın 7-də ölkə başçısının açılışını etdiyi və respublikamızda sayca dördüncü məhkəmə kompleksi olan Sumqayıt Məhkəmə Kompleksinin ictimaiyyət nümayəndələrinə təqdimatı keçirlmişdir.

Manevr.az-ın xəbərinə görə, tədbirdə Milli Məclisin Sumqayıtdan seçilmiş deputatları Müşfiq Məmmədli, Hicran Hüseynova, Tahir Mirkişili, Emin Hacıyev, həmçinin, Ədliyyə Nazirliyinin aidiyyəti rəhbər işçiləri və hakimləri iştirak ediblər.
Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olundu - ŞƏKİLLƏR

Məlumat üçün bildirək ki, Sumqayıt Məhkəmə Kompleksi özündə altı məhkəməni - Sumqayıt Apellyasiya, Regional İnzibati, Kommersiya və Ağır Cinayətlər, Sumqayıt şəhər, eləcə də müvəqqəti olaraq Qubadlı Rayon Məhkəmələrini əhatə edir.
İnnovasiya və müasir avadanlıqlarla təchiz olunmaqla yaradılan məhkəmə, təxminən 1 milyon 460 min əhaliyə rahat, əlçatan və keyfiyyətli xidmətlər göstərəcək.
Son 17 ildə dövlət büdcəsi hesabına və Dünya Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35 məhkəmə, elə bir o qədər də ədliyyə qurumu üçün yeni, müasir bina və komplekslər tikilərək istifadəyə verilib.
Kompleksdə 24 məhkəmə iclas zalı – cinayət işlərinin baxıldığı yeddi və mülki işlərin baxıldığı 17 zal fəaliyyət göstərir. Cinayət işləri üzrə məhkəmə zallarında, həmçinin təqsirləndirilən şəxslər üçün xüsusi yer ayrılıb və burada monitor, mikrofon və vəkillə əlaqə saxlamaq üçün birbaşa telefon quraşdırılıb.
50-dək hakimin, ümumilikdə isə orada çalışacaq 240 işçinin fəaliyyəti, videokonfransların, təlimlərin və digər tədbirlərin təşkili üçün hər cür şərait mövcuddur.
Məhkəmə zallarında proseslərə "Elektron məhkəmə" informasiya sistemi və digər müasir İKT-lərin tətbiqi ilə daha keyfiyyətli baxılması üçün “Femida” sistemi quraşdırılıb.
Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olundu - ŞƏKİLLƏR

Bununla proseslərin daha dəqiq və sürətlə protokollaşdırılması, audio-video yazılışı aparılır, məhkəmə sənədlərinin tərtibi asanlaşır, işlərə məsafədən videokonfrans formatında baxılması mümkün olur.
Dörd korpusdan, əsas və yardımçı tikililərdən ibarət olan kompleksin zirzəmi qatında isə qaraj, o cümlədən konvoy üçün təhlükəsiz dayanacaq, texniki təminat üçün qurğular, yanğın təhlükəsizliyi və server avadanlığı, arxiv, maddi sübutların saxlanıldığı yer, həmçinin arxa həyətdə müasir qazanxana, transformator, generator, içməli su və yanğın söndürmə yeraltı hovuzları və digər sahələr mövcuddur.
Kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan tarixinə dair, Vətən müharibəsində zəfər salnaməsinə həsr olunmuş müxtəlif dillərdə kitablar və digər yeni nəşrlərlə zəngindir.
Prezidentin müvafiq fərmanı ilə 200 əlavə hakim ştatının ayrılması məhkəmələrin iş yükünün azaldılmasına, işlərə daha keyfiyyətlə baxılmasına xidmət edir.

Manevr.az
Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olundu - ŞƏKİLLƏR
Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olundu - ŞƏKİLLƏR
Sumqayıt Məhkəmə Kompleksi ictimaiyyətə təqdim olundu - ŞƏKİLLƏR






Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar