Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Araşırmaçı jurnalist Elxan Salahov kəndlərindəki dəhşətli hadisəni xatırlatdı: "Başlıbel faciəsinin qurbanları..."

Tarix: 07-09-2021 15:59     Baxış: 2163 A- / A+
Araşırmaçı jurnalist  Elxan Salahov kəndlərindəki dəhşətli hadisəni xatırlatdı: "Başlıbel faciəsinin qurbanları..."


Ötən gün jurnalist Elxan Salahov sosial şəbəkə hesabında fotolar paylaşaraq Şəhidlərimizi hörmətlə, şərafətlə əvvəlki yerində dəfn etdik. Hamısının yeri behişt olsun. Başlıbel faciəsi: eksumasiya edilmiş cəsədlər əvvəlki yerində dəfn olundu”

Jurnalist Elxan Salahova istinadən xəbər verir ki, Kəlbəcərin işğalı zamanı Ermənistanın törətdiyi müharibə cinayətlərinə dair daha bir fakt Baş Prokurorluğun apardığı istintaqla rəsmi təsdiqini tapıb. Söhbət Ermənistan silahlı qüvvələrinin 1993-cü il aprelin 18-də Başlıbel kəndində dinc əhaliyə qarşı törətdiyi kütləvi qətllərdən gedir.

Araşırmaçı jurnalist  Elxan Salahov kəndlərindəki dəhşətli hadisəni xatırlatdı: "Başlıbel faciəsinin qurbanları..."


Jurnalistin bildirdiyinə görə, cinayət işinin istintaqı zamanı Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində mülki əhaliyə qarşı xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirdikləri sübuta yetirilib:" Belə ki, Başlıbeldə qətlə yetirilənlərdən 12 nəfərin cəsədi 44 günlük müharibədən sonra, bu ilin aprelində eksumasiya edilərək Bakıya - Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilərək müvafiq istintaq hərəkətləri aparılıb. Faciə qurbanlarının meyit qalıqlarından və həmin şəxslərin ailə üzvlərindən götürülmüş DNT (dezoksiribonuklerin turşusu) analizlərinin, molekulyar-genetik və digər xüsusatların araşdırlması üçün tibbi-kriminalistik ekspertizaların nəticələri onların erməni hərbçiləri tərəfindən güllələnərək qətlə yetirildiyini təsdiqləyib. Dörd ay davam edən istintaqdan sonra eksumasiya edilmiş cəsədlərin əvvəlki yerinə qaytarılması və orada dəfn edilməsi barədə qərar qəbul edilib. Bunun üçün şəhid ailələrinin razılığı da alınıb".

Araşırmaçı jurnalist  Elxan Salahov kəndlərindəki dəhşətli hadisəni xatırlatdı: "Başlıbel faciəsinin qurbanları..."


Tanınmış yazar qeyd edir ki, aprelin 2-də eksumasiya edilmiş cəsədlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morqundan çıxarılaraq Göy məscidə gətirilib, burada cənazə namazı qılındıqdan sonra Gəncəyə yola salınıb: " Həmin gün axşam Gəncə şəhərindəki Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının qarşısında Başlıbel faciəsinin qurbanları ilə vida mərasimi keçirilib. Ertəsi gün Azərbaycan bayrağına bükülmüş cənazələr əvvəlki yerində dəfn olunmaq üçün Başlıbel kəndinə yola salınıb. Dəfn mərasimində faciə qurbanlarının ailə üzvləri ilə yanaşı qətliama şahidlik etmiş kənd sakinləri, Baş Prokurorluğun əməkdaşları, Kəlbəcər rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edib".
Xatırladaq ki, 1993-cü il aprelin 3-də Ermənistan silahlı qüvvələri Başlıbel kəndinə silahlı hücum edərək kütləvi surətdə kənd sakinlərinə məxsus evləri qarət edib və tamamilə yandırıblar. Kəndi tərk edə bilməyən 62 nəfər təxminən 3 kilometr aralıda, kəndin ən hündür hissəsində yerləşən “Portda” adlanan dağ relyefli ərazidəki təbii mağaralara sığınıb. Onlardan 48 nəfər Başlıbel, 1 nəfər Taxtabaşı kənd, 4 nəfər Laçın rayon sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçu olublar.

Aprelin 18-də isə Ermənistan silahlı qüvvələrinin avtomat və iri çaplı silahlarla silahlanmış bölmələri mülki şəxslərin sığındığı kahaların yerini aşkarlayaraq mağaraları atəşə tutub. Bu zaman silahsız, hər hansı müqavimət göstərmək imkanına malik olmayan 12 nəfər kahalarda qətlə yetirilib.

Hücum nəticəsində 10-u qadın və uşaq, 4-ü kişi olmaqla 14 nəfər girov götürülüb. Sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə mayın 12-də qətliamın törədildiyi kahalara yaxınlaşaraq burada qəbirlər qazmaqla şəhidləri paltarlı vəziyyətdə dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar. Onlar iyulun 22-də gizli yollarla Kəlbəcərdən Daşkəsən rayonuna keçməklə 113 gün davam edən mühasirədən qurtula biliblər.

Xatırladaq ki, ermənilərin Başlıbel kəndində qətlə yetirdiyi digər qurbanların da cəsədlərinin axtarışı, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Əntiqə Rəşid
Adalet.az

Araşırmaçı jurnalist  Elxan Salahov kəndlərindəki dəhşətli hadisəni xatırlatdı: "Başlıbel faciəsinin qurbanları..."
Araşırmaçı jurnalist  Elxan Salahov kəndlərindəki dəhşətli hadisəni xatırlatdı: "Başlıbel faciəsinin qurbanları..."
Araşırmaçı jurnalist  Elxan Salahov kəndlərindəki dəhşətli hadisəni xatırlatdı: "Başlıbel faciəsinin qurbanları..."

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar