Xəbər lenti
"Seçkiyə getməyənə söyüş qoyun" - Fazil Mustafa
"Rusiya vətəndaşı olan azərbaycanlıların həmrəyliyi üçün bundan vacib hansı addım ola bilər ki? Maksim Şevçenko vicdanlı, obyektiv və cəngavər bir rus balasıdır, Azərbaycanın da haqq davasında dəstəyini əsirgəməyən bir fədaidir".
Manevr.az-ın xəbərinə görə bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
"İndi Rusiyada seçkilərdə namizəd olaraq iştirak edir, əziz soydaşlarım, istəyirsiniz bir-birinizə and için, istəyirsiniz seçkiyə getməyənə söyüş qoyun, istəyirsiniz yaxınlarınızı, çevrənizi hansısa formada həvəsləndirin, təki onun seçilməsinə bir milli vəzifə kimi baxın! Rusiya vətəndaşı olmayıb burada yaşayan, işləyən azərbaycanlıların da özlərinə xas başqa millətlərdən olan dostları, tanışları, iş ortaqları var, onlara da Şevçenkonu təbliğ edin, bu dəyərli şəxsiyyət görsün ki, Azərbaycan insanı dar məqamda onun haqq işini dəstəkləyənlərə qarşı öz vəfa borcunu unutmur. Qısacası kimin Rusiyada səsvermə hüququ olan hansısa insan kanalı varsa, onu işə salmağa borcludur!!! Bir neçə gündür Rusiya məkanında tanıdığım, bildiyim insanlarla əlaqə yaradıb seçkidə Maksim Şevçenkonu dəstəkləməklə bağlı xahişimi edirəm" - deputat qeyd edib./pravda.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar