Xəbər lenti
Bu ölkələr Azərbaycandan ildə 100 milyon dollarlıq məhsul alır
Rusiya və Türkiyə Azərbaycan üçün əsas kənd təsərrüfatı məhsullarının ixrac bazarıdır. Adıçəkilən qonşularımızın hər biri ildə 100 milyon dollardan artıq kənd təsərrüfatı məhsulu alır.
Rusiyanın payı Türkiyə ilə müqayisədə daha böyükdür. Bəzi məhsul qrupları üzrə Rusiyanın payı 50 faiz, bəzilərində isə 90 faizdən çoxdur.
2021-ci ilin birinci yarısında Azərbaycan 439,2 milyon dollar dəyərində kənd təsərrüfatı məhsulu satıb. Aqrar malların ixracının 40,2 faizi tərəvəz, 29,6 faizi meyvə, 27,8 faizi pambıq, 2,4 faizi dəri, tütün və digər mallardır.
Azərbaycan ilin birinci yarısında 176,5 milyon dollarlıq tərəvəz satıb. Tərəvəzin 172,5 milyon dollarını Rusiya alıb. Rusiya Azərbaycanın satdığı tərəvəzin 97,7 faizinin alıcısıdır.
Ölkəmiz eyni dövrdə 130 milyon dollar dəyərində meyvə ixrac edib. Rusiya Azərbaycan meyvəsinin 109 milyon dollarlıq hissəsini, yəni 83,8 faizini alıb.
Türkiyə Azərbaycandan pambıq və gön-dəri alır. İlin birinci yarısında pambıq ixracının bazar dəyəri 122 milyon dollar təşkil edib. Bu qədər pambığın 119 milyon dollarını və ya 97,5 faizini Türkiyəyə satmışıq. Qardaş ölkə Azərbaycanın ixrac etdiyi gön-dərinin də əsas alıcısıdır. İlk 6 ayda 6 milyon dollarlıq gön-dəri satmışıq ki, bunun da 5,65 milyon dollarını, yəni 94,2 faizini Türkiyə idxal edib.
Ümumiləşdirsək, kənd təsərrüfatı mallarının 65 faizindən çox hissəsini Rusiya, 30 faizindən artığını isə Türkiyə alır. İki ölkə birgə Azərbaycanın satdığı kənd təsərrüfatı mallarının 95 faizdən çoxunu idxal edir.
Azərbaycanın kənd təsərrüfatı mallarının satışının 2 ölkənin bazarından asılı vəziyyətdə olması yaxşı hal deyil. Bu hal bir sıra iqtisadi risklər yaradır.
Məlumatlar göstərir ki, əgər Rusiya ölkəmizdən kənd təsərrüfatı mallarının idxalını dayandırarsa, ölkəmizdən aqrar məhsulların ixracının dəfələrlə azalmasına səbəb olacaq. Eynilə Türkiyə də idxalı dayandırsa, kənd təsərrüfatı mallarının satış imkanları xeyli məhdudlaşacaq.
Bu vəziyyəti dəyişmək üçün Azərbaycan qeyri-ənənəvi bazarlara, xüsusən də Avropa Birliyi ölkələrinin bazarına çıxış yollarını tapmalıdır.sfera.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar