Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xüsusi təyinatlılarımızın antiterror təlimindən - VİDEO

Tarix: 31-08-2021 20:52     Baxış: 3124 A- / A+
Xüsusi təyinatlılarımızın antiterror təlimindən - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində taktiki-xüsusi təlim keçirilib.

Manevr.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun aviabazasında xidmət edən bir hərbi qulluqçu şərti düşmənin təxribat-diversiya qrupu tərəfindən qaçırılır. Terrorçular qaçırdıqları pilotla birlikdə tərk edilmiş binada gizlənirlər.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimdə şəxsi heyətin əsir və girovların azad edilməsi üçün binalarda döyüş əməliyyatlarının aparılması bacarıqları yoxlanılıb.

Təxribatçıların gizləndikləri binada səssizcə mövqelənən snayper cütlükləri qrupların təhlükəsiz hərəkətini təmin etmək üçün fəaliyyət göstərirlər.

Xüsusi təyinatlı qruplar terrorçuların gizləndikləri binaya gizli şəkildə daxil olaraq təxribatçıları zərərsizləşdirməyə başlayırlar.

Antiterror əməliyyatını itkisiz başa vurmaq və qaçırılmış pilotun sağ şəkildə azad edilməsi üçün digər bir qrup da helikopterlə binaya endirilir. Xüsusi təyinatlılarımız şərti düşmənin təxribat-diversiya qrupunu zərərsizləşdirmək üçün antiterror əməliyyatları zamanı binalarda tətbiq edilən yaxın məsafədə döyüş elementlərini yerinə yetirirlər.

Şərti düşmənin təxribat cəhdinin qarşısını alan xüsusi təyinatlı qruplar terrorçuları tam tərkibdə məhv edir, aviabazanın pilotunu azad edərək kimliyini dəqiqləşdirir və əməliyyat rayonundan uzaqlaşırlar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar