Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Emin Ağalarov Bakıda nəhəng ticarət mərkəzi və bulvar tikdirəcək

Tarix: 31-08-2021 09:42     Baxış: 4163 A- / A+
Emin Ağalarov Bakıda nəhəng ticarət mərkəzi və bulvar tikdirəcək

Sentyabr ayında Bakıda "Sea Breeze” kurort qəsəbəsi ərazisində ticarət mərkəzinin tikintisi başlayacaq.


Bu barədə "Crocus Group” şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov TASS-a bildirib.

Onun sözlərinə obyektin açılışı Sabunçu rayonunun Nardaran qəsəbəsində 2022-ci ilin yayında planlaşdırılır.

"Ticarət mərkəzini sentyabrın 15-dən tikməyə başlayacağıq. Birinci mərhələnin ümumi ərazisi 43 min kvadrat metr təşkil edəcək. Növbəti yayda onu başa çatdırmağı planlaşdırıram", - Ağalarov deyib.

Layihənin ümumi ərazisi gələcəkdə 60 min kv.m-ə qədər çatdırılacaq. Onun 34 min kvadrat metrini dayanacaq tutacaq.

Bundan əlavə, "Sea Breeze”də piyada zonası, velosiped yolları, abadlıq və istirahət obyektləri olan altı kilometrlik bulvar planlaşdırılır.

Yaxın gələcəkdə daimi yaşayış üçün mehmanxana nömrələri olan "Grand Hotel” və "Skyline” apart otellərinin tikintisinə başlanılacaq. Müəssisələr müvafiq olaraq 2023 və 2024-cü illərdə açılması planlaşdırılır.

Eyni zamanda, "Polo Residences” yaşayış kompleksinin 16 binasının tikintisi planlaşdırılır. Bundan əlavə, "Sea Breeze”də "Lighthouse” yaşayış kompleksi tikilir: ikinci binanın bu il, üçüncü və dördüncü binaların inşasının 2022 və 2023-cü illərdə tamamlanması planlaşdırılır. Dörd binanın ümumi sahəsi 60 min kvadratmetr olacaq.

Bakı ətrafında, Xəzər dənizi sahillərində "Sea Breeze” qəsəbəsinin yaradılması 2005-ci ildə çimərliyi olan beşulduzlu otelin tikintisi ilə başlayıb. İndi layihəyə mənzil kompleksləri, villalar, otellər, restoranlar, məktəb və konsert yeri daxildir. Kurort kəndinin yaradılmasına qoyulan ümumi investisiya 1,5-2 milyard ABŞ dolları təşkil edəcək, layihənin 2028-2030-cu illərdə tamamlanması planlaşdırılır. Onun ümumi sahəsi 250 hektara çatacaq, bunun 60 hektarı 2021-ci ildə, digər 60 hektarı 2022-ci ildə tikiləcək.//report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar