Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Zəfər Günü münasibətilə əfv ola bilər? - AÇIQLAMA

Tarix: 30-08-2021 16:59     Baxış: 4149 A- / A+
Zəfər Günü münasibətilə əfv ola bilər? - AÇIQLAMA

Bu il noyabrın 8-də Azərbaycanda ilk dəfə Zəfər Günü qeyd ediləcək.


Vətən Müharibəsində qazandığımız tarixi qələbənin ildönümünə iki aydan az vaxt qalıb. Qarabağ Zəfərinin möhtəşəm tədbirlərlə qeyd ediləcəyi gözlənilir.

Zəfər Günü münasibətilə gözlənilən humanist addımlardan biri də əfv sərəncamıdır. Belə ki, 8 noyabr – Zəfər Günü ərəfəsində əfv sərəncamının verilməsi gözlənilir və bununla bağlı təkliflər səsləndirilir.

Manevr.az xəbər verir ki, bu barədə modern.az-a danışan Əfv Məsələləri üzrə Komissiyanın üzvü, deputat Fazil Mustafa belə təşəbbüsü dəstəklədiyini bildirib.

"Zəfər Günü Azərbaycanda ilk dəfə qeyd ediləcək. İlk zəfərimizdə əfv sərəncamının imzalanması humanist addım kimi təqdirəlayiq olardı. Amma hələlik bununla bağlı addımlar atılmağını müşahidə etmirik. Konkret tədbirlərə başlanılmayıb”.

Komissiyanın digər üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə əfvlə bağlı sərəncam imzalanmasının Prezidentin müstəsna səlahiyyəti olduğunu xatırladıb:

"Əfv sərəncamı adətən Novruz bayramı ərəfəsi imzalanır. Digər vaxtlarda da uyğun məqamda yəqin ki, nəzərə alına bilər. Azərbaycan xalqının ilk Zəfər Günündə əfv sərəncamının imzalanması humanist addım kimi təqdirəlayiq hesab edilə bilər”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar