Sizin Reklam Burada
Xəbər lenti
20-05-2024
19-05-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda yeddi rayonun icra başçısı yoxdur

Tarix: 30-08-2021 12:08     Baxış: 4129 A- / A+
Azərbaycanda yeddi rayonun icra başçısı yoxdur

Hazırda Azərbaycanda yeddi rayonun icra başçısı vəzifəsi boşdur.

Manevr.az xəbər verir ki, modern.az-ın məlumatına görə, sonuncu dəfə avqustun 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Həbib Hüseyn oğlu İbrahimov Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə təynat yoxdur.

İcra başçısı olmayan rayonlardan biri Bakı şəhərinin Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.

Həmçinin, 2020-ci il dekabrın 8-də Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, mayın 22-də Arif Akif oğlu Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postundan, avqustun 20-də Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, 2021-ci il aprelin 27-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Bundan başqa cari ilin aprelin 29-da Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı postundan azad olunub. Prezidentin digər sərəncamı ilə Rövşən Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Hazırda Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boşdur.

Qeyd edək ki, işdən çıxarılan icra başçılarından Namiq Zeynalov, Ceyhun Cəfərov və Alimpaşa Məmmədov həbs olunublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar