Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Mülki geyimli polislər niyə yoxlama aparır? - DİN-dən açıqlama

Tarix: 29-08-2021 12:42     Baxış: 4196 A- / A+
Mülki geyimli polislər niyə yoxlama aparır? - DİN-dən açıqlama

Müşahidələrə əsasən, vətəndaşlarımız ictimai nəqliyyatda, qapalı məkanlarda polis görəndə "tibbi maskadan istifadə edirəm” görüntüsü yaratmağa çalışırdı. Mülki geyimdə olan polislərin xidmət aparması vətəndaşlarda arxayınlıq yaranması məsələsini kökündən həll etmək üçün ortaya qoyuldu.


Bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib. O bildirib ki, polisin mülki geyimdə xidmət göstərməsi beynəlxalq təcrübədə də var:

"Qanunvericiliyə əsasən polis zərurət olduqda mülki geyimdə xidmət edə bilər. Bununla bağlı ayrıca norma var. Təhlillərimiz göstərir ki, artıq vətəndaşlarımız ictimai nəqliyyata daxil olan zaman hansısa şəxsin polis olmasından və cərimə yazmasından ehtiyat edir. Ona görə də bu işin daha effektiv genişləndirilməsi və sağlamlıqla bağlı mühafizəni gücləndirmək çox ciddi diqqətdə saxlanılır. Xüsusən də bu, böyük şəhərlərdə həyata keçirilir ki, vətəndaşlarımız tərəfindən qaydalara əməl olunsun. Polisin, dövlətin heç bir halda vətəndaşı cərimələmək kimi marağı, istəyi yoxdur”.

E. Hacıyev onu da qeyd edib ki, xəbərdarlıq etmədən polisin karantin qaydalarını pozan vətəndaşı cərimələməsi tam qanuna uyğundur:

"İnzibati Xətalar Məcəlləsinin 211- ci maddəsinin sanksiya hissəsində xəbərdarlıq anlayışı yoxdur. Yalnız cərimə və inzibati həbs var”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar