Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Adınız həyatınızı dəyişə bilər: "Uşaqlara qoyulan adlar onların həyatına təsir edir"

Tarix: 28-08-2021 18:47     Baxış: 3245 A- / A+
Adınız həyatınızı dəyişə bilər: "Uşaqlara qoyulan adlar onların həyatına təsir edir"

Azərbaycanda bu il doğulan körpələrə ən çox qoyulan adlar hansılardır?

Rəsmi məlumata görə bu il ölkədə ən çox qoyulan oğlan adları; Əli (831), Yusif (821), Uğur (797), Hüseyn (791), Məhəmməd (593) olub. Qızlarda isə; Zəhra (912), Zeynəb (701), Məryəm (646), Aylin (645), Mələk (617) ən çox qoyulan adlardır.

Mütəxəssislərə görə, adların insan taleyində böyük rolu var. Yəni insanın adının mənası nədirə, bu həyatının sonuna qədər onu izləyir.

5000 il əvvəl Çində uşaq dünyaya gələrkən “ad qoyucu” şəxslər çağırılardı. Bu şəxslər uşağın doğuş anında çıxardığı səsə uyğun olaraq ona ad seçərdi. Adların insanın həyatına, xarakterinə, kariyerasına böyük təsiri var.

Orta Asiya Türkləri uşaqlar dünyaya gəldikdən sonra onları adlandırmazdı. Böyüdükdən sonra xarakterlərinə uyğun adlar seçərdi. Azərbaycanda isə ağır xəstələnən uşaqların adının dəyişdirilməsi adəti var.

Psixoloq Rəvanə Şahverdiyeva qeyd edir ki, ölkədə uşaq ana bətninə düşən kimi ona ad düşünməyə başlayırlar. Uşaqlara ya ailə böyüklərinin, ya da dini şəxsiyyətlərin adları verilir:

“Uşaqlara ad seçərkən diqqətli olmaq lazımdır. Bəzən uşaqlara imam-peyğəmbərlərin adı verilir. Bir qədər böyüdükdən sonra isə, ağızdan əsəblə-hirslə çıxmış təhqir, söyüş bu adlara hörmətsizlikdir. Təbii ki, qoyulan adların enerjisi var. Bu insanların həyatına təsir edir. Uşağa ad qoyarkən adın gözəlliyinə deyil, uşağın həyatına necə təsir edəcəyinə fikir vermək lazımdır. Çünki adlar təkcə insanın həyatına deyil, sağlamlığına da təsir edə bilər. Məsələn, uşağın adında A hərfi çoxdursa, qan dövranı ilə bağlı xəstəliklər, E hərfi çoxdursa, boğaz yolu xəstəlikləri yaşaya bilərlər. Adının sonu R, T ilə bitən insanların sərt-ciddi xarakterə sahib olduqları deyilir”.

Psixoloqun sözlərinə görə, hərflərin belə enerjisi var. Və adlar qoyulanda çox diqqətli olmaq lazmdır:

“Adınızda O və Ö hərfi varsa, siz əxlaq qaydalarını yaxşı bilirsiniz. Bunun səbəbi isə, inanclarınız və iradəniz kimi xarakterinizin də güclü olmasıdır. Sərhədləri, qanunları, qaydaları sevirsiniz, həssassıznız və hər şeyi dərindən hiss edə bilirsiniz. Həyatınız boyu sizin üçün yeganə problem qısqanclıq ola bilər. Bu səbəbdən çalışın ki, neqativ düşünməyəsiniz.

Adınızda İ hərfi varsa, siz asanlıqla ünsiyyət qurmaq bacarığına malik bir insansınız. Yaradıcı, duyğusal birisiniz. Bununla yanaşı, neqativ düşüncəli də ola bilərsiniz. Bu vərdişlərdən qaçmaq üçün diqqətli olmağınız lazımdır.

Adınızda A hərfi varsa, siz əzmli, azad düşünən birisiniz. Digərlərindən təsirlənib fikrini dəyişən insanlardan deyilsiniz. Bir lider olmaqla məsuliyyət sahibi olmaq istəyirsiniz. Bi məqsədiniz mütləq olmalıdır. Həyata qarşı cəsarətiniz və inamınız var. Eyni zamanda nəzakətli və digər insanların fikrini də ciddiyə almağı unutmayın”.

Psixoloq deyir ki, adların insan həyatına təsiri haqqında çox danışmaq olar. Yəni bu çox əhatəli bir mövzudur.

“Valideynlər övladlarına ad seçərkən diqqətli olmalıdır. Uşağa dini bir şəxsiyyətin adını verib, sonra uşağa hirslənib söymək, adı söyməkdir və bunun da mənfi təsirləri ola bilər. Eyni zamanda bəzi adlar var ki, əks təsirə malikdir. Məsələn sevinc, gülüş adları çox zaman əks təsirə malik olur. Bəzən həyatı yolunda olmayan insanlar adını dəyişməyə üstülük verir. Bu da insan taleyinə təsir edir. Bunun üçün adı rəsmi şəkildə dəyişməyə ehtiyac yoxdur. Yeni seçdiyiniz adla sizi bir neçə nəfərin çağırması yetərlidir. Bu yaxınlarda Sevinc adlı bir xanım adını dəyişib Zeynəb (dini ad) qoyub. Son dəfə görüşəndə dedi ki, adım 38 il Sevinc oldu, üzüm heç gülmədi. İndi adım Zeynəbdir ailə həyatı qururam. Halbuki, adını 2 ay əvvəl dəyişmişdi”.

Mütəxəssis qeyd edir ki, düşərsiz hesab etdiyiniz adı dəyişməklə həyatınızı dəyişə bilərsiniz. Bunun üçün uğurlu adlar seçməlisiniz./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar