Xəbər lenti
Ramin Bayramlı dəbdəbəli villa tikdirir - VİDEO
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı özünə dəbdəbəli villa tikdirir.
Manevr.az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, Ramin Bayramlı torpaq sahəsinin sotu 70 min manatdan başlayan Badamdar qəsəbəsi, birinci massivdən 4 sot torpaq alıb.
O həmin torpaq sahəsində artıq villa da tikdirir. Ramin Bayramlı bahalı qiymətə aldığı torpağı və görkəmli villasını, heç şübhəsiz ki, pandemiyadan qazanılan pullarla əldə edib.
Müxtəlif internet resuslarında Ramin Bayramlının pandemiyadan külli miqdarda qazanc əldə etdiyi məlumatları paylaşılır. “Referans” klinikasının da ona məxsus olması barədə ciddi iddialar var. Məsələ burasındadır ki, TƏBİB sədri bu iddialarla bağlı heç bir açıqlama verməyib. Ümumiyyətlə, 2 il müddətinə bir vəzifədə çalışan şəxsin belə bir villa tikdirmək üçün pulu haradan aldığı araşdırılası məsələdir.
Məlumata görə, Ramin Bayramlının Badamdardakı qonşuları vəfat etmiş müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir.
Ramin Bayramlının villasının görüntülərini sizə təqdim edirik:
Manevr.az
Ramin Bayramlı dəbdəbəli villa tikdirir
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar