Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Həkim: “Xəstələr COVID-dən yox, preparatların toksiki təsirindən dünyasını dəyişib”

Tarix: 25-08-2021 14:52     Baxış: 4188 A- / A+
Həkim: “Xəstələr COVID-dən yox, preparatların toksiki təsirindən dünyasını dəyişib”

“Koronavirusa təsir edən konkret antiviral preparat mövcud deyil. Baxmayaraq ki, protokollarda bir sıra dərmanlar yazılıb, həmin antiviral dərmanları protokollara yazan həkim də yaxşı bilir ki, virusa təsir edən konkret dərman yoxdur”.

Manevr.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib.

O bildirib ki, “Favipiravir”, “Remdesivir” və s. kimi preparatların koronavirusa təsiri elmi-tədqiqatlarla sübuta yetirilməyib:

“Bu preparatlar ev şəraitində necə gəldi yazılır. Hətta həkimin göstərişi olmadan xəstələr özləri alıb, qəbul edirlər.

İnsanların sanki beyninə yeriyib ki, bu preparatları alıb qəbul etsələr, sağalacaqlar. İxtisasından asılı olmayaraq bütün həkimlər də bu dərmanları xəstələrə lazım oldu-olmadı təyin edirlər”.

Həkim-infeksionist vurğulayıb ki, çox sayda xəstələr bu preparatları qəbul etmədən sağalırlar:

“Antiviral preparatların olmayan xeyrindən çox, yan təsirləri həddən artıq çoxdur. Hələ dünyada adi “herpes” virusunu məhv edən dərman preparatı tapılmayıb, qalmışdı ki, koronavirusuna qarşı tapılsın.

Bəlkə də zaman gələcək, sübut olunacaq ki, bu antiviral preparatlar COVID-in müalicəsində düzgün tətbiq edilməyib. Neçə-neçə xəstə COVID-dən yox, bu preparatların toksiki təsirindən dünyasını dəyişib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar