Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qubad İbadoğlu dünyanın ən məşhur ali məktəblərindən birində işə başlayır

Tarix: 23-08-2021 10:35     Baxış: 3137 A- / A+
Qubad İbadoğlu dünyanın ən məşhur ali məktəblərindən birində işə başlayır

"Sentyabrın 1-dən yüksək akademik reputasiyaya malik, dünyaca məşhur xeyriyyəçi Corc Sorosun, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, Tayvanın hazırkı prezidenti Tsai Ing-wenin məzun olduğu London İqtisad Məktəbinin (LSE) Siyasi elmlər bölümünün professoru və baş elmi işçisi kimi işə başlayacağam”.

Manevr.az-ın məlumatına görə, bunu tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.

O bildirib ki, Siyasi elmlər London İqtisad Məktəbinin dünya reytinqində ilk onluğa düşən 12 ixtisasından biridir və bu bölüm dünya üzrə sıralamada beşincidir.

"Siyasi elmlər və iqtisad bölümünün akademik sferada nüfuzu mənim elmi və pedaqoji fəaliyyətim üçün böyük imkanlar yaradır. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyəti və Türkiyə ilə gündən-günə inkişaf edən münasibətləri həm elmi, həm də siyasi perspektivləri genişləndirir.

Londonda, xüsusilə qlobal və regional siyasətin liderləri, tədqiqatçıları ilə birbaşa təmaslardan ölkəmiz naminə faydalanmaq niyyətindəyəm.

LSE-yə verəcəklərim və buradan faydalarım çox olacaq. Yeni iş yerimdə əldə edəcəyim təcrübə ilə indiyə qədər ABŞ Universitetlərində qazandığım praktikanı daha da zənginləşdirmək niyyətindəyəm.

İnanıram ki, LSE-dəkı fəaliyyətimdən ilk növbədə, hazırda xəyallarımızda bərqərar olan, tezliklə reallığa çevriləcək Azərbaycan qazanacaq”.

Xatırladaq ki, Q.İbadoğlu bundan əvvəl ABŞ-ın Rutgers Universitetinin professor vəzifəsində çalışmışdı./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar