Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Peyğəmbərimizin son sərkərdəsinin 60 000 dirhəm borcunu kim ödədi?

Tarix: 22-08-2021 19:33     Baxış: 4195 A- / A+
Peyğəmbərimizin son sərkərdəsinin 60 000 dirhəm borcunu kim ödədi?


Bizə hər cəhətdən örnək olan İmam Hüseynin (ə) əxlaqi görüşlərindən biri də o idi ki, özünün və başqalarının abrını hifz edərək, maldan və sərvətdən istifadə etməsi idi. İmam (ə) müxtəlif şəraitlərdə öz ardıcıllarına sərvətdən və var-dövlətdən istifadə etmək, insanların dərdinə necə çarə etmək və yaralarının üstünə necə məlhəm qoymaq üsulunu öyrədir.

***

Mərvan Həkəm Peyğəmbər (s) xanədanına yaxın olan şair Fərəzdəqi Mədinədən çıxartdı. Məhrumiyyətlərə düçar olan Fərəzdəq şəhidlərin Seyyidinin hüzuruna gəldi. Həzrət Hüseyn (ə) ona dörd yüz dinar bağışladı. Əxlaqi cəhətdən Fərəzdəqin çox da xoşagəlməz şair olduğunu İmam Hüseynə (ə) dedilər, amma Şəhidlərin sərvəri buyurdu: "Sənin ən yaxşı malın odur ki, onunla öz abrını qoruyursan".

***

Üsamə ibni Zeyd Peyğəmbərin (s) zamanında İslam qoşunlarının axırıncı sərkərdəsi idi. O, hicrətin 58-ci ilinə qədər sağ idi.

Üsamə ömrünün axırlarında 60 min dirhəm məbləğində ağır borca düşdü. Bu məbləğ o zaman İslam qanunlarına və xalqın hüquqlarına ehitram göstərən bir şəxs üçün bərk narahatedici bir şey idi.

Cəsurların rəhbəri Hüseyn ibni Əli (əleyhissalam) Üsaməin xəstəliyindən xəbər tutdu və son günlərini yaşayan zaman ona baş çəkməyə getdi. Onu qəm-qüssə, narahatlıq dalğaları içində gördü və aralarında belə bir söhbət oldu:

Hüseyn (ə): Qardaş, nə üçün belə qəmginsən?

Üsamə: Verəcəyim və borcum 60 min dirhəmdir.

Hüseyn (ə): Sənin borcların mənim öhdəmə!

Üsamə: Mən qorxuram ki, dini vəzifəmi yerinə yetirməkdən qabaq öləm.

Hüseyn (ə): Mən sənin borclarını verməyincə sən ölməyəcəksən.

Sonra əmr verdi ki, Üsamə ölməmişdən qabaq, onun bütün borclarını ödəsinlər.

***

Şeir və ədəb zövqünə malik olan bir ərəb həyat çətinlikləri ilə qarşılaşdı. Çünki, şeir nə qədər ali olsa da, "gözəl şeirdir" - deyirlər, "çörəkli şeirdir" - demirlər. Hər halda qəmgin olan şair Peyğəmbərin (s) şəhərinə üz tutdu, şəhərin ən kəramətli şəxsini soruşdu: ona Hüseyni (ə) göstərdirlər.

Ərəb, İmamın (ə) namaz qıldığı məscidə tərəf getdi, onu namaz qılan halda gördü və o Həzrətin (ə) mədhində bir şer yazdı ki, məzmunu budur:

Sənin evinin qapısını döyən naümid qayıtmaz.

Sən səxavətlisən və xalqın pənahısan.

Əgər sənin əcdadların olmasaydı,

Cəhənnəm bizim qərargahımız olardı.

Həzrət (ə), Qəmbərə buyurdu: "Gör Hicazdan gətirilən maldan bir şey qalıbmı?"

Dedi: "Bəli, dörd min dinar qalıb".

İmam (ə) buyurdu: "Onu gətir, ona bizdən daha çox müstəhəq olan adam gəlmişdir!"

Sonra bütün dinarları Yəmən parçasından olan paltarın içinə qoydu, qapının arasından ona verdi, şeirlərin müqabilində isə verdiyi hədiyyənin azlığından üzr istədi və dedi: "Əgər daha çox imkanım olsaydı, bizim səxavət asimanımız sənin üstünə (sərvət) yağdırardı".

Ərəb dinarları və libası götürdü, ancaq ağladı.

Hüseyn (ə): Məgər sənə verdiklərimi az hesab etdin?

Ərəb: Əsla! Amma bu səxavətli əllərin üstünü torpağın örtməsi necə rəvadır?!"

İmam Hüseynin (ə) Mədinənin yaxınlığında "Əl-Hürrə" adlı bir torpaq sahəsi vardı. Onu əkib-biçirdi, ondan gəlir götürürdü. O, şərəfli ömrünün axırına qədər o torpağı əkmək-biçmək üçün gedirdi. (İbni Əsakir Dəməşqinin nəql etdiyi kimi.)

Əbu Yusif Qazi demişdir: "Hüseyn ibni Əlinin torpaqları vardı ki, onun xəracını verirdi və xəraca verilən torpaqların bir hissəsini almışdı".

"Əqiq" məntəqəsində də onun əkin yeri vardı ki, ildə 8000 dinar gəlir verirdi; orada Həzrət (ə) üçün növbənöv evlər salmışdılar: ancaq onların da gəliri oxuduğunuz kimi ehtiyaclılara sərf edilirdi.

Aşura gecəsi Məhəmməd ibni Bişr Həzərə beş qiymətli libas verdi ki, onları satıb Rey sərhədlərində əsir olan oğlunu azad etdirsin. O libasların qiymətini min dinar yazmışlar.

(İst: Ə.S.Həmədani "İmam Hüseynin (ə) əxlaqi görüşləri")

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar