Xəbər lenti
“Guya qeyri-məhərrəmlik ayında evlənənlərin hamısı xoşbəxt olur, doxsan faizi boşanır...”
Yazıçı Seyran Səxavət də Məhərrəm ayında toy edib-etməməklə bağlı son günlər yaranan mübahisəli məsələyə münasibətini bildirib.
Yazıçının sözlərinə görə, qeyri-məhərrəmlik günlərində toy edənlərin də hamısı xoşbəxt olmur:
“Hacı Surxaya hörmətim var, fikrinə hörmətlə yanaşıram, ruhanidir, din adamıdır və nə dediyini bilir. Sadəcə bir şeyi demək isəyirəm ki, guya məhərrəmlik ayında yox, qeyri-məhərrəmlik ayında evlənənlərin hamısı xoşbəxt olur? Elə doxsan faizi boşanır də. Biz həmişə əsirlərlə, günlərlə gözləmişik ki, məhərrəmlikdə toy etmək olmaz”.
Yazıçı insanların bu gün Allahdan və təbiətdən daha çox nəfislərinin qulu olduğunu bildirib:
“Biz özümüzdən o qədər uzaqlaşmışıq ki. Uşaq evlərindən uzağa gedib axşam qaranlıq düşəndə öz evinə qayıda bilmir, necə ki, azır qalır. Bax bu saat biz bir millət olaraq o gündəyik. Biz özümüzə qayıda bilmirik. Ona görə də insanları sel aparır, dünya alışıb yanır, yanğınlar, pandemiya olur. İnsanlar özünü yığışdırmasa, adam balası kimi aparmasa, bu işlərin axırı çox böyük fəlakətlərlə qurtaracaq. Çünki təbiət səbirlidir və bir az da Allaha oxşayır. Amma intiqam almağa başlayanda onun qarşısında heç nə dayana bilmir. Bunun zəlzələsi, seli, yanğını var. Atomdan da, hidrogendən də təbiətin silahı güclüdür. Yəni insandan hər cür intiqam ala bilər. Bu saat da alır, amma yenə də özümüzə gəlmirik. Biz Allahdan və təbiətdən çox nəfsimizin əmirlərini yerinə yetirməklə məşğuluq. Biz hamımız vəzifəmizdən asılı olmayaraq nəfsimizin qara quluyuq”. yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar