Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Sürücü ilə polis arasında QALMAQAL: DİN-dən CAVAB-VİDEO

Tarix: 19-08-2021 18:27     Baxış: 3161 A- / A+
Sürücü ilə polis arasında QALMAQAL: DİN-dən CAVAB-VİDEO


Bəzi sosial şəbəkə səhifələrində Ucar rayon sakini Ramiz Kamilovun Ucar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşı tərəfindən saxlanılması barədə görüntülər yayılıb.

Manevr.az xəbər verir ki, görüntülərdə R.Kamilov qayda pozuntusunun törətmədiyini və yol polisi əməkdaşının onu əsassız yerə saxladığını iddia edir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Lent.az-a bildirib ki, görüntülərdə səslənən iddialar tamamilə əsassızdır. Onun sözlərinə görə, Ramiz Kamilovun azyaşlı övladı dövlət qeydiyyat nişanı olmayan nəqliyyat vasitəsini giriş qadağandır işarəsinin tətbiq olunduğu küçə istiqamətində idarə edən zaman polis əməkdaşı saxlayıb:

“Bu zaman övladının yanında əyləşən R.Kamilov nəqliyyat vasitəsindən düşərək avtomobili özü idarə etdiyini və polis əməkdaşının onu əsassız yerə saxladığını bildirib. Nəqliyyat vasitəsinə məxsus dövlət qeydiyyat nişanları isə avtomobilin saxlanc hissəsində olub. Bundan əlavə, R.Kamilovun avtomobili idarə etmək üçün heç bir müvafiq sənədləri yoxdur.

Yol polisi əməkdaşları nəqliyyat vasitəsini azyaşlının və dövlət qeydiyyat nişanı və müvafiq sənədləri olmadan idarə etdiyi üçün rayon Polis Şöbəsinin DYP bölməsinin müvəqqəti dayanacağına yerləşdirilib və sahibi barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Əlavə olaraq bildirmək istəyirəm ki, görüntülərdə iddiaları səsləndirən R.Kamilov əvvəllər də törətdiyi qayda pozuntularına görə inzibati qaydada məsuliyyətə cəlb olunub və o, sürücülük hüquqdan məhrum edilib. Həmin şəxsə məxsus əlavə iki nəqliyyat vasitəsi də tətbiq olunan cərimələr ödənilmədiyi üçün hazırda rayon Polis Şöbəsinin müvəqqəti dayanacağında saxlanılır”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar