Xəbər lenti
Vaksinlər sonsuzluğa səbəb olur?
Tarix boyu ənənəvi vaksinlərdən istifadə olunub və bunların sonsuzluğa və ya hər hansısa cinsi problemlərə səbəb olması halı müşahidə olunmayıb.
Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. O bildirib ki, tarix boyu bu məsələ müzakirə mövzusu olmayıb və yalnız cəmiyyət arasında lazımsız yerə durmadan tirajlanan mövzudur:
"Bu gün dünyada iki növ vaksin var. Biri mRNA, yeni nəsil peyvəndlərdir. Hansı ki, Pfizer bu qrupa aiddir. Digəri isə ənənəvi peyvəndlərdir.
Bunlar öldürülmüş virusun hissəciklərindən hazırlanır və reaksiya yaratması üçün fərqli şəkildə bədənimizə köçürülür. Ənənəvi peyvəndlərlə bağlı tarix boyu bu məsələ elmi müstəvidə müzakirə mövzusu olmayıb.
Lakin heç kim yüz faiz zəmanət verə bilməz ki, yeni növ vaksinlərin yan təsirləri olmasın. Amma unutmaq lazım deyil ki, biz ehtimallar üzərinə deyil, nəyin faydalı olduğu barədə düşünməliyik.
Bu gün dünyada ən çox istifadə olunan aspirin, klopteqrol, xolesterinə qarşı dərmanların və s. yan təsirləri vaksinlərin ehtimal olunan yan təsirindən yüz dəfələrlə çoxdur.
Amma bu dərmanlar eyni zamanda ürək-damar xəstəliklərinin miqdarını azaldaraq ortalama yaşı 20-30 il artırır.
Bu zaman biz onun yan təsirlərindən daha çox faydası ilə maraqlanırıq. Bu gün dünyada 6 milyona yaxın insan koronavirus səbəbindən həyatını itirib.
Həmçinin gündəlik ölkəmizdə 17-20 nəfər bu xəstəlikdən həyatını itirir. Bu vəziyyəti görüb heç bir elmi əsası olmayan və fərziyələr əsasında vaksinlərə qarşı anti-təbliğat aparmaq insanlığa qarşı heç də normal qəbul edilməyən çağırışdır".
Həkim-İnfeksionist Vüqar Cavadzadə də açıqlamasında məsələyə münasibət bildirib. O da qəti şəkildə vaksinlərin sonsuzluğa səbəb olmadığını deyib./trend
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar