Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Deputatdan təklif: “Qapanmalara getmədən peyvənd olunmaq şərti qoyula bilər” - VİDEO

Tarix: 15-08-2021 13:37     Baxış: 4182 A- / A+
Deputatdan təklif: “Qapanmalara getmədən peyvənd olunmaq şərti qoyula bilər” - VİDEO

Dünyadakı tendensiyalar onu göstərir ki, bu gün artıq "yaşıl keçid” deyilən plan alternativ olaraq sərt qapanmalara qarşı istifadə olunan metodlardan biridir.

Manevr.az xəbər verir ki, bunu ARB24-ün "Gündəm” verilişinə açıqlamasında millət vəkili Rəşad Mahmudov deyib.

O bildirib ki, ola biləcək böyük dalğa səbəbindən tam qapanmalara yaxınlaşmazdan əvvəl "yaşıl keçid” tətbiq edilməsi doğru olar:

"Yəni məktəblər, restoranlar, ictimai məkanlar bağlanmır, lakin şərt qoyulur ki, yalnız peyvəndi olan insanlar bu məkanlara daxil ola bilər. Bu, həm epidemioloji vəziyyətin daha da pisləşməsinin qarşısını almağa, həm iqtisadi fəallığın dayanmamasına, həm də bu günə qədər ölkələrin almış olduğu iqtisadi zədələrin minimallaşdırılmasına şərait yarada bilər.

Lakin unutmamaq lazımdır ki, qapanmalar hər zaman bəlli bir limitin üzərində ehtimal olunur. Hər bir dövlət belə bir qərarı verə bilər. Dünən Avropanın ən aparıcı ölkəsi olan Fransa ilə bağlı belə bir qərar verildi. Bu, bizim kimi ölkələr üçün də keçərlidir. Lakin mən əminəm ki, biz 25 faizə yaxın olan tam peyvəndləməni qısa müddət ərzində 50 faizin üzərinə çıxararaq, hökümətin payız aylarına keçərkən ola biləcək böyük dalğalar qarşısında daha rahat qərar verməsi üçün imkan yaradacağıq”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar