Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəramətlə müsahibədən sonra Damla xəstəxanaya düşdü

Tarix: 12-08-2021 20:56     Baxış: 5157 A- / A+
 Kəramətlə müsahibədən sonra Damla xəstəxanaya düşdü


Xəbər verdiyimiz kimi yazıçı Kəramət Böyükçölün müğənni Damla ilə baş tutan müsahibəsi böyük səs-küyə səbəb olub.

Müsahibə zamanı dadsız olaylar yaşanıb. Belə ki, müğənni Kəramətin "Hansı alimləri tanıyırsınız?" sualını cavabsız qoyaraq verilişin dayandırılmasını istəyib.

Kəramət isə bu video müsahibəni yayımladıqdan sonra Damla onu internet resurslardan yığışdırmasını əmr edib. Müsahibənin alınma təfərrüatları və müğənninin son addımı haqda önun özü ilə əlaqə saxlamağa cəhd etdik.

Amma olan olmuşdu... Bizim.Media-nın zənginə müğənninin prodüsseri Şamil bəy cavab verdi və sualımızı eşitcək:

"Damla xanım xəstəxanaya yerləşdirilib və əməliyyata alınıb, sizə cavab verə bilməyəcək".

Ürəyimiz düşməzmi? "Keçmiş olsun" deyib, sualımızı Şamil bəyə ünvanladıq.

Prodüsser bildirdi ki, Damla xanım Kəramətin dəfələrlə müraciətinə baxmayaraq bu müsahibəyə razılıq verməmişdi:

"Kəramət bizdən dəfələrlə xahiş etdi, biz də insandır deyib nəhayət razılaşdıq. Amma dedik ki, Damla xanımın ümumiyyətlə siyasətdən heç bir anlayışı yoxdur. Suallar sənətdən olsun. Kəramət ilk olaraq Flora xanım haqqında danışaraq, "O, müxalifət yoxdur, deyib mükafat aldı. Siz də deyin mükafat alın"- deyə, Damlaya məsləhət verməyə çalışdı. Qısası, loru dildə desək, Kəramət Damlanı "təkərə" salmaq istəyirdi. Lakin biz bundan sonra bir saat yarım davam edəcək müsahibəni yarıda saxladıq. Kəramət razılaşdığımız kimi müsahibəni aparmadı".

Prodüser həmçinin qeyd etdi ki, Kəramət onları "tupoy" adlandırıb.

"O, bizə söz vermişdi ki, verilişi yayımlamayacaq. Lakin sözünə əməl etmədi və biz kanaldan onu sildirdik. Və buna görə dəfələrlə bizə zəng etdi və bizi "tupoy" adlandırdı. Kəramət bizim müəllif hüquqlarımızı pozub, icazəsiz verilişi yayımlayıb, bu cür davam etsə, məhkəmədə görüşəcəyimiz haqda xəbərdarlıq etmişik".

Sonda Damlanın prodüsseri onu da qeyd etdi ki, Damla xanımın xəstəxanaya yerləşdirilməsi müsahibə ilə bağlı deyil. Müğənni sadəcə buxağına əl gəzdirmək istəyib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar