Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Vətən müharibəsi qazisi vəzifəyə təyin edildi

Tarix: 11-08-2021 17:27     Baxış: 3152 A- / A+
Vətən müharibəsi qazisi vəzifəyə təyin edildi

Biləsuvar rayon İcra Hakimiyyətində Vətən müharibəsi qazisi vəzifəyə təyin edilib.

Manevr.az
"report”a istinadən xəbər verir ki, rayon icra başçısı Faiq Qürbətov bununla bağlı sərəncam imzalayıb.

Müvafiq sərəncamla Əmrah Akif oğlu Kazımlı icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin edilib.

Qeyd edək ki, Biləsuvar şəhərində anadan olan əsgər Kazımlı Əmrah Akif oğlu müharibənin ilk günlərindən torpaqlarımızın azad olunması uğrunda gedən Vətən müharibəsinə qoşulub. O, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Müalicəsini tamamladıqdan sonra Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Əmrah Kazımlı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Vətən müharibəsi qazisi vəzifəyə təyin edildi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar