Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

AZAL prezidentinin xanımının elektron poçt yazışmaları açıqlandı: milyonluq xalis gəlir...

Tarix: 10-08-2021 13:20     Baxış: 4173 A- / A+
AZAL prezidentinin xanımının elektron poçt yazışmaları açıqlandı: milyonluq xalis gəlir...

“İdeal” mağazalarının keçmiş sahibi İlqar İsmayılovun məhkəməsi davam edir. Həbsdə olan sahibkarın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Manevr.az xəbər verir ki, avqustun 9-da keçirilən məhkəmə iclasında iş adamının vəkilləri İlhamə Həsənova, Rəşad Əliyev və Gülnar Quluzadə onun elektron poçt yazışmalarını təqdim edib. Həmin yazışmalar İlqar İsmayılovla “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı, “İdeal”ın hazırkı rəhbəri olan, eyni zamanda, kosmetik məhsullar istehsal edən başqa iri şirkət “Gazelli Group”a rəhbərlik edən Zərifə Həmzəyeva arasında olub.
AZAL prezidentinin xanımının elektron poçt yazışmaları açıqlandı: milyonluq xalis gəlir...

İlqar İsmayılov “İdeal Kompani”ni 1999-cu ildə təsis edib. 2011-ci ildə şirkətin 50 faizini Zərifə Həmzəyevaya satıb. Onun sözlərinə görə, daha sonra müxtəlif təzyiqlər yoluyla şirkətdəki 50 faizlik payının 25-ni də əlindən alıblar. Həmin vaxt direktor kimi “İdeal”da qalsa da, faktiki səlahiyyətləri yox idi. Faktiki rəhbərlik Zərifə Həmzəyevaya məxsus olub. Vəkillər vəsatətdə vurğulayıb ki, aralarındakı elektron poçt yazışmaları da bunu sübut edir.

Yazışmalarda İlqar İsmayılov Zərifə Həmzəyevaya 1 milyon xalis gəlir əldə olunması haqda hesabat verir.

Daha bir poçt məktubunda AZAL prezidentinin xanımı İlqar İsmayılova yazır ki, “kreditlə bağlı müsbət cavab var, bankda Elçinə yaxınlaşsın, sənədlər rəsmiləşdiriləcək. Bundan sonra onu məlumatlandırsın”.

İlqar İsmayılov iddia edir ki, Zərifə Həmzəyevanın rəhbərlik etdiyi “Premium Bank”dan “İdeal”ı inkişaf etdirmək adı altında 5 milyon pul ayrılıb və şirkətin xəzinəsinə köçürülüb. Sonradadan həmin kreditdən şirkətdəki qalan payını əlindən almaq məqsədilə istifadə olunub, manatla verilmiş kredit müqaviləsi saxtalaşdırılıb, dollara çevrilib.

Vəkillər əlavə edib ki, bu yazışmaların mənbəyi, mötəbərliyini araşdırmaq məqsədilə kompüteri də məhkəməyə təqdim etməyə hazırdılar.

Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti növbəti məhkəmə iclasında müzakirə edəcək. Növbəti məhkəmə iclası isə avqustun 23-də keçiriləcək.

İlqar İsmayılovun 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı bildirib ki, “İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından imtina etməsi barədə sənədləri imzalayandan sonra həbsdən buraxılıb. Bu barədə dövlət orqanlarına şikayət etdiyinə, müsahibələr verdiyinə görə yenidən həbs olunub. O, başına gələnlərə görə AZAL prezidenti Cahangir Əsgərovu ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası və nümayəndəsi onunla bağlı deyilənlərə görə İlqar İsmayılovu böhtan atmaqda ittiham edərək, xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Lakin təxminən bir ay öncə Nəsimi rayon Məhkəməsi İlqar İsmayılovun təqsirsiz olması nəticəsinə gələrək, onun barəsində bəraət hökmü çıxarmışdı.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar