Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yoluxma sayı artır - Karantin rejimi sərtləşdirilə bilər? - VİDEO

Tarix: 10-08-2021 10:16     Baxış: 3157 A- / A+
Yoluxma sayı artır - Karantin rejimi sərtləşdirilə bilər? - VİDEO

Son dövrdə Azərbaycanda koronavirusa yoluxma və bununla bağlı ölüm hallarının sayında kəskin artım müşahidə olunur.

Manevr.az "xezerxeber.az"a istinadən xəbər verir ki, bəzi qaydaların yumşaldılması, turizm mövsümünün açıq olması artım sayına təsir göstərir. İnsanlar arasında laqeydlik və təhlükəsizlik tədbirlərinə cidddi əməl olunmaması da bu rəqəmləri artırır.

Nəzərə alsaq ki, yeni ştammın yoluxuculuğu daha yüksəkdir və daha tez yayılır, demək, qaydalara əməl etmək də əvvəlkindən daha ciddi olmalıdır.

Baş infeksionist Təyyar Eyvazov deyir ki, vəziyyət bu gün ən pis həddə olmasa da ona doğru dəyişə bilər. Bəzi məhdudiyyətlərin aradan qaldırılması o demək deyil ki, gigiyenik qaydalara olan tələb də aradan qaldırılıb. Pandemiyanın tələb etdiyi əsas qaydalar gözlənilməsə, istənilməyən mənzərə yenidən yarana bilər.

Səhiyyə Nazirliyi açıqlayıb ki, koronavirusa yoluxma və ölüm halları vaksinasiya olunmayanlar arasında yüksəkdir. Peyvənd yoluxmanın qarşısını tam almasa da, xəstəlik dövründə ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır. Dünya təcrübəsi göstərir ki, vaksinasiya sayəsində yüz minlərlə insanın həyatı xilas olunur.

Yoluxma sayının nəzarət olunmayacaq həddə çatmamağı və yenidən sərt qapanmaların tətbiq olunmaması üçün gigiyenik qaydalara riayət etmək, vaksinasiya prosesinə dəstək vermək çox vacibdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar