Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Prezident dövlət qulluğu ilə bağlı qanunu təsdiqlədi - SİYAHI

Tarix: 09-08-2021 15:24     Baxış: 3188 A- / A+
Prezident dövlət qulluğu ilə bağlı qanunu təsdiqlədi - SİYAHI

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Manevr.az-ın xəbərinə görə, qanuna dəyişikliklə dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlara staj və sınaq müddəti tətbiq edilməyəcək.

Eyni məzmunlu dəyişikliklərin aşağıdakı sənədlərə də tətbiq edilib:

- “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna;

- “Diplomatik xidmət haqqında” qanuna;

- “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna;

- “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanuna;

- Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə;

- Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə.

Qeyd edək ki, dövlət qulluğunun xüsusi növü dedikdə prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslər nəzərdə tutulur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar