Xəbər lenti
Üç günahın cəzası axirətə qalmaz
Həzrət Peyğəmbər (s) buyurur: "Üç günahın cəzası Qiyamətə qədər qalmaz:
1. Ağvalideyn olmaq.
2. İnsanlara zülm etmək.
3. Ehsan və yaxşılıq qarşısında naşükür olmaq".
Ağvalideyn olmaq nədir? Ağalideyn olmaq - ata və ananı qəzəbləndirmək, onları incitmək, onlara qəzəblə baxmaq, uf demək... və bu kimidir. O şey ki, onların inciməsinə səbəb olar - ağvalideyn olmaq deməkdir.
Valideynin insan üzərində haqqı böyükdür və əgər övlad bu haqqı nəzərə almazsa və onları incidərsə - ağvalideyn olmuş olar. Allah Təala bu günahın cəzasını insana elə bu dünyada verər.
İnsanlara zülm etmək də böyük günahlardan biridir. Zalım insan başqalarına zülm etməkdən çox özünə zülm etmiş olar. İnsan əgər yaxşı iş görərsə, daha çox özünə yaxşılıq etmiş olar. O kəs ki, yoxsula əl tutar - özünə yaxşılıq etmiş olar. Və o kəs ki, başqalarına pislik edər - əslində özünə zülm etmiş olar. Çünki həm dünyada və həm də axirətdə ziyana uğramışlardan olar. "Allahın lənəti olsun zalımlara!". ("Hud" 18).
Həzrət Peyğəmbər (s) buyurur ki, əgər başqalarının sənə etdiyi yaxşılıqlara qarşı naşükürlük etsən, cəzasını elə bu dünyada alacaqsan. Çünki günah etmiş olarsan.
Təsəvvür edin ki, siz kiməsə yaxşılıq etmisiniz və həmin şəxs sizə təşəkkür etməz, əvəzinə sizə arxadan zərbə vurur - necə hiss keçirərsiniz? İndi baxın görün biz bu rəftarı Allaha qarşı nə qədər etmişik. Yeri vardır ki, Allah buna görə bizi cəzalandırsın...
Uca Allah nemətə küfr etməklə bağlı buyurur: "Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: "Əgər şükür etsəniz - sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz - Mənim əzabım, əlbəttə çox şiddətlidir"". ("İbrahim" 7).
Beləliklə deyə bilərik ki, Allah üç günahın cəzasını bu dünyada verər və onu axirətə saxlamaz. Bu günahlar ağ valideyn olmaq, insanlara zülm etmək və yaxşılıq qarşısında naşükürlük etməkdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar