Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Oqtay Gülalıyev Tədris Cərrahiyə Klinikasına köçürüldü

Tarix: 06-08-2021 16:13     Baxış: 3212 A- / A+
 Oqtay Gülalıyev Tədris Cərrahiyə Klinikasına köçürüldü

İki il öncə avtomobil qəzasına düşərək, ağır xəsarət alan hüquq müdafiəçisi Oktay Gülalıyev müalicə aldığı xəstəxanadan başqa tibb müəssisəsinə köçürülüb.

Manevr.az xəbər verir ki, bu barədə onun oğlu Təbriz Gülalıyev məlumat paylaşıb.

O bildirib ki, atası təcili yardım maşını ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasına köçürülüb.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, Oqtay Gülalıyev vurulub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, həmin ilin noyabrın 4-dən etibarən Oqtay Gülalıyevin müalicəsinə Fond tərəfindən müvafiq kömək göstərilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar