Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

AQTA bu şəxslərə müraciət etdi

Tarix: 06-08-2021 12:13     Baxış: 3161 A- / A+
AQTA bu şəxslərə müraciət etdi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və “ABAD" PHŞ-in birgə layihəsi olan “Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsi” layihəsinin ikinci mərhələsinə start verilib.

AQTA-dan verilən məlumata görə, ikinci mərhələ “ABAD”çıların seçimindən ibarətdir.

Beləliklə, Qarabağ İqtisadi rayonu (xüsusilə Ağdam rayonunun Quzanlı qəsəbəsi) sakinləri olan və heyvan kəsimi ilə daha peşəkar məşğul olmaq istəyən hər kəs ABAD-ın rəsmi saytında yaradılmış ABADçı ol funksiyası vasitəsilə müraciət edə bilər.

Növbəti mərhələdə reyestrə daxil olan iştirakçıların seçimi təşkil olunacaq, onların potensialı və biznes idarəetmə səriştəliliyi dəyərləndiriləcək, ət kəsimi sahəsi üzrə “ABAD”çı və ya ABAD-çılar müəyyən ediləcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstəriləcəkdir. Bununla da yerli sahibkarlara peşəkar dəstək göstərilməklə müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradılacaq.

Xatırladaq ki, heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunmasına, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. Məntəqə zoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin də daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar