Xəbər lenti
“Eldəniz Səlimov həbsxanada da deputat maaşı alacaq” – Keçmiş MSK üzvü
Avqustun 4-də parlamentin növbədənkənar sessiyasında polisi döyməkdə ittiham olunan deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib. Bu hadisədən sonra o, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxlanılıb. Həmin gün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılan Eldəniz Səlimov 3 ay azadlıqdan məhrum edilib. O, hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Maraqlı məqam budur: Toxunulmazlığı ləğv edilmiş deputatın mandatı nə vaxt və necə ləğv olunur? Toxunulmazlıq ləğv edilirsə, deputat bütün səlahiyyətlərini itirirmi?
Manevr.az xəbər verir ki, yenisabah.az-a danışan Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Akif Qurbanov bildirib ki, MSK-nın mandat ləğvi barədə qərar verməsinə ehtiyac yoxdur: “Bu məsələyə, ümumiyyətlə, MSK baxmır. Deputat mandatının ləğv edilməsi yalnız məhkəmə qərarı ilə mümkün ola bilər. Əgər cinayət əməli məhkəmədə təsdiq olunarsa və məhkəmə hökmü qüvvəyə minərsə, o zaman Eldəniz Səlimovun mandatı ləğv ediləcək. Amma istintaq gedə-gedə, yəni məhkəmənin son qərarı olmadan, apellyasiya qərarı verilib hökm qüvvəyə minmədən deputatın mandatı ləğv oluna bilməz”.
Akif Qurbanov mandat ləğv edilənədək Eldəniz Səlimovun deputat maaşı alacağını da diqqətə çatdırıb: “Həmçinin onun digər səlahiyyətləri də qalır, lakin funksiyasını icra etmək imkanında olmalıdır, təcridxanada isə vəzifələrini icra etmək imkanı olmayacaq. Texniki olaraq hələ də deputat statusunda qaldığına görə Eldəniz Səlimov deputat sorğusu verə, aidiyyəti üzrə məlumatlar ala bilər. Amma deputat olaraq prosesdə iştirak etmə imkanı yoxdur. Əgər məhkəmə həbs-qətimkan tədbiri seçmədən istintaqı davam etdirsə, onda Eldəniz Səlimov prosesdə iştirak etmə imkanına malik olar”.
Keçmiş MSK üzvü əlavə edib ki, mandat ləğv olunmadıqca deputat köməkçisi də öz vəzifəsində qalmalıdır. Əgər bu mandata görə dövlət deputata maaş verirsə, köməkçi də bu hüquqdan faydalanır: “İndi sadəcə olaraq Eldəniz Səlimovun toxunulmazlığı götürülüb, bu isə o anlama gəlir ki, o, ittihamla üz-üzə qala və məhkəmə istintaq tədbirləri ona qarşı təsdiq oluna bilər. Toxunulmazlıq olsaydı, onu təsdiq etmək mümkün olmazdı. Parlamentin qərarı ilə bu imkan yaradılıb”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar