Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir" - Deputat

Tarix: 04-08-2021 16:42     Baxış: 4160 A- / A+
"Yoluxma sayının artması sərt karantinin tətbiq olunmasına əsas vermir" - Deputat

"Yoluxma sayının son günlər artması sərt karantinin tətbiq olunmasına əsas vermir. Əgər vaksinasiya prosesi bu cür davam edərsə, fikrimcə, yoluxma və itkilərin sayı az olacaq".

Manevr.az xəbər verir ki, bunu pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, COVID-19-a yoluxma sayı artsa da, sərt qapanmaların olması ehtimal edilmir: "Təəssüflər olsun ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinasiya prosesi intensivləşsə də, yoluxma sayında ciddi artım müşahidə edilir. Ümumiyyətlə, vaksin vurdurmuş şəxslərdə 3-cü doza vaksinin də vacib olduğu ehtimal edilir. Qonşu Türkiyə də daxil olmaqda, bir sıra ölkələrdə koronavirus əleyhinə 3-cü doza vaksin vurulur. Həmçinin vətəndaşlar peyvəndləmə prosesinə daha ciddi yanaşırlar. Hesab edirəm ki, yoluxma sayında artım olsa da, ciddi və sərt qapanmalara gedilməyəcək. Müəyyən qadağalar qüvvəyə minsə də, 2020-ci il həyata keçirilən qapanmalar kimi sərt tədbirlər tətbiq edilməyəcək. Bütün bunlar vətəndaşların məsələyə ciddi yanaşması ilə əlaqədardır. Əgər vaksinasiya prosesi bu cür davam edərsə, fikrimcə, yoluxma və itkilərin də sayı az olacaq. Ən əsası isə, yoluxanlar xəstəliyi yüngül keçirəcəklər. Ümid edək ki, sərt qapanmalar olmayacaq və iqtisadiyyatımız çox zərər görmədən payız aylarını və ümumilikdə, pandemiyanı geridə qoya biləcəyik".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar