Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...

Tarix: 03-08-2021 14:58     Baxış: 4164 A- / A+
“Aİ-95” markalı benzin ucuzlaşacaq – Bu tarixdən sonra...

Azərbaycanda "Aİ-95” markalı avtomobil benzininə tələbin artması müşahidə edilir. Bununla əlaqədar olaraq son illərdə ölkəmizə daha çox "Aİ-95” benzini idxal olunur.

Manevr.az bildirir ki, 2017-ci ildə 50,64 min ton "Aİ-95” markalı avtomobil benzini idxal olunduğu halda, 2018-ci ildə 57,72 min ton, 2019-cu ildə 53,8 min ton, 2020-ci ildə 97 min ton, bu ilin ilk 5 ayında 59 min ton benzin idxal edilib. Mövcud dinamika qalarsa, 2021-ci ilin yekununda "Aİ-95” markalı benzinin idxal miqdarı 120 min tonu ötə bilər.

Bəs, yüksək oktanlı benzinə tələbin artması ilə əlaqədar Azərbaycan "Aİ-92” markalı benzinin istehsalını dayandırıb, "Aİ-95” markalı benzinin istehsalına keçid edə bilərmi?

Enerji sahəsi üzrə ekspert Zəfər Vəliyev qeyd etdi ki, bunu tezliklə həyata keçirmək texniki baxımdan mümkün deyil. O həmçinin xatırlatdı ki, ölkəmizdə "Aİ-92” benzininə tələb daha böyükdür və bu tələbin ödənilməsi üçün yerli istehsalın saxlanılması vacibdir:

"Qısa müddətdə "Aİ-92” benzininin dövriyyədən çıxarılması, istehsalının dayandırılması mümkün deyil. Həm Azərbaycanda, həm də regionumuzda bu markadan olan benzinə tələb güclüdür.

Düzdür, "Aİ-95” benzininə də tələb artır. Tələbdəki artıma səbəb yanacağın keyfiyyəti ilə bağlıdır. Yüksək oktanlı benzin daha keyfiyyətli olduğundan avtomobil sahibləri bu benzinin istehlakını artırır. Amma mövcud tələb "Aİ-92” ilə müqayisədə xeyli azdır. "Aİ-95” benzininə illik tələb 100 min tona yaxın olduğu halda, "Aİ-92” benzininə tələb 1,2-1,3 milyon tondur”.

Ekspert hesab edir ki, əsas məsələ "Aİ-92” benzinin istehsalının dayandırılması yox, onun keyfiyyətinin artırılması olmalıdır. Z.Vəliyev Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsindən sonra bunun mümkün olacağını söylədi:

"2023-cü ildən sonra "Aİ-92” benzinin keyfiyyəti artırılacaq və buna paralel olaraq "Aİ-95” benzin də istehsal ediləcək.

Hazırda zavodun emal güclərində ikimərhələli modernləşdirmə və yenidənqurma işləri aparılır. Bu çərçivədə mövcud texnoloji qurğular modernləşdiriləcək, müəssisədə yüksək oktanlı benzin istehsalı, "Avro-5” standartlarına cavab verən "Euro-Dizel” və "Aİ-92” markalı avtomobil benzini istehsalı təmin olunacaq. Modernləşdirmə və yenidənqurma işləri 2023-cü ildə tam başa çatdırılmalıdır.

Hazırda zavodda "Aİ-95” markalı benzin istehsal edilmir. SOCAR-ın məlumatına əsasən, 2023-cü ildən sonra həm yüksək keyfiyyətli "Aİ-92”, həm də "Aİ-95” markalı benzinin istehsalı həyata keçiriləcək”.

Z.Vəliyev dedi ki, "Aİ-95” benzinin yerli istehsalının təşkili onun idxalına çəkilən xərci aradan qaldıracaq, eyni zamanda daxildəki qiymət indiki kimi yüksək olmayacaq. sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar