Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

“SİZƏ SALAM GƏTİRMİŞƏM” şeirinin müəllifi vəfat etdi

Tarix: 02-08-2021 22:57     Baxış: 3279 A- / A+
“SİZƏ SALAM GƏTİRMİŞƏM” şeirinin müəllifi vəfat etdi

Güney Azərbaycanlı şair, məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi, türk dili və ədəbiyyatı üzrə mütəxəssis Mahmud Dəstpiş (Valeh) avqustun 1-də 87 yaşında vəfat edib.

Əslən Ərdəbildən olan “Valeh”in ailəsi ötən əsrin əvvəllərində Bakıya köçüb. Sonra yenidən Ərdəbilə qayıdıb.

“Salam gətirmişəm" türk şeirlər divanı, “Türkcə sözlük”, “Füzulidən Şəhriyara qədər”, “El sovqatı”, “Dağa dönmüşəm” və “Məşədi İbad nümayişinin tərcüməsi” Mahmud Dəstpişdən (Valeh) yadigar qalan əsərlərdir.

O, Azərbaycanda daha çox “Sizə salam gətirmişəm şeiri” ilə tanınıb. Şeirin sözlərinə ustad Əli Səlimi müsiqi bəstələyib və bir çox ölkələrdə, türk dünyasında ən çox sevilən mahnılardan birinə çevrilib.

Valeh Milli Hökumətin Daxili İşlər naziri olmuş doktor Salamulla Cavidin təsis etdiyi “Dostlar görüşü” ədəbi dərnəyinin üzvlərindən biri olub.

Qeyd edək ki, Mahmud Dəstpiş 1934-cü ildə Bakıda anadan olub. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar