Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni işğalıyla kənd təsərrüfatına dəyən 87.06 milyardlıq zərər necə hesablanıb?

Tarix: 31-07-2021 14:28     Baxış: 4165 A- / A+
Erməni işğalıyla kənd təsərrüfatına dəyən 87.06 milyardlıq zərər necə hesablanıb?

"Ümumilikdə dəymiş ziyan həddindən artıq böyükdür. Çünki ziyanla bağlı hesablamalar ararılarkən tək infrastruktur dağıdılması hesablanmır, itirilmiş fürsətlərlə yanaşı, həm də gəlirlər hesablanır".

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən 87.06 milyard dollar zərərin necə hesablanmasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, bütün bunların da hesablanması böyük gəlirlərin alınmasına səbəb ola bilər:

"Bildiyim qədər hansısa beynəlxalq, yaxud da yerli mütəxəsislərin bu layihədə iştirak etdiyini eşitməmişəm. Şəxsən mənə də heç müraciıt olunmayıb. Ümumilikdə, hesablamaları aparan qurumlar bununla bağlı daha detallı açıqlama versələr yaxşı olar. İlkin məlumata görə, 1985-1990-ci illərdə işğal altında olan bölgələrin müharibədən öncə kənd təsərrüfatı istehsalı, yəni həcmləri öyrənilib və ona uyğun olaraq da bundan sonrakı illərdə itirilmiş zərər kimi həmin kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı, yaxud da satışından əldə oluna biləcək gəlirlər də itirilmiş gəlir kimi hesablanıb və nəticədə belə böyük bir məbləğ alınıb. Amma bu hesablama qaydasının özündə də müəyyən problemlər var. Çünki 1980-ci illərin texnologiyası ilə 1990-2000-ci illərin texnologiyaları eyni deyil, məhsuldarlıq, istehsal sahələrinin həcmi fərqlidir. Hesablama qaydaları da fərqli olmalıdır. Amma hər halda belə bir rəqəm səsləndirilibsə, bunu hesablayan qurumlar, şəxslər bununla bağlı daha detallı açıqlamalar versələr, bu hesablamaların nə qədər reallığı əks etdirdiyini söyləmək olar".

Natiq Cəfərli hesab edir ki, məbləğ bundan da böyük ola bilərdi:

"Çünki hesablama qaydalarında itirilmiş zərər 1980-ci illərin göstəricilərinə görə hesablanıb".

Qeyd edək ki, Qarabağin Ermənistan tərəfindən işğali nəticəsində kənd təsərrüfatina dəymiş zərərin qiymətləndirilməsi üzrə İşçi Qrupu ilkin hesablamaları başa çatdırıb. Qarabağın işğalı nəticəsində yalnız kənd təsərrüfatına dəyən toplam zərər 87.06 milyard dollardır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar