Xəbər lenti
“Avtoritet” deputat saxta diplom alıb? – Sensasion iddialar
Xəbər verdiyimiz kimi, İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.
İnsident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:
"Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib".
Xatırladaq ki, xəbəri ilk dəfə "Bakupost.az" saytı yayımlamışdı. Məlumata görə, deputat sərxoş olub və Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirib.
Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası – Adil Səlimov dəmiryolçu olub. 1983-cü ildə Xaçmaz şəhəri 45 №-li tam orta məкtəbin birinci sinfinə gedən Eldəniz Səlimov, 1993-cü ildə həmin məкtəbi bitirib. 1993–1998-ci illərdə Dağıstan Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil alan Eldəniz Səlimov, rus dilini bilir.
Eldəniz Səlimov 2000–2002-ci illərdə Vergi Nazirliyinin Xaçmaz rayonu üzrə Vergilər şöbəsində dövlət vergi müfəttişi vəzifəsində çalışıb 2002-ci ildə 1 saylı Ərazi Vergi İdarəsində, 2002–2010-cu illərdə isə 3 saylı Ərazi Vergi İdarəsində dövlət vergi müfəttişi və baş dövlət vergi müfəttişi vəzifələrində çalışan Eldəniz Səlimov, 2011–2012-ci illərdə "TexnikaBank" ASC-nin Xaçmaz filialının müdirinin müavini vəzifəsində çalışdı. 2013–2014-cü illərdə Müdafiə Nazirliyinin "Üfuq" İstehsalat Birliyinin Xaçmaz Kondensator Zavodunda mühəndis-iqtisadçı olan Eldəniz Səlimov, 2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.
Eldəniz Səlimov 2015-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib.
Bildirək ki, hadisə baş verən gündən sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də E. Səlimovun diplomudur. Çünki Azərbaycanda Dağıstan Dövlət Universitetin diplomları tanınmır. Həmçini görə də, deputatın həmin diplomu saxta yolla əldə etdiyi iddia olunur.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar