Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Nazir müharibədə iştirak etmiş jurnalistə vəzifə verdi

Tarix: 29-07-2021 18:31     Baxış: 3217 A- / A+
Nazir müharibədə iştirak etmiş jurnalistə vəzifə verdi

Tanınmış jurnalist, Vətən müharibəsinin iştirakçısı Pərviz Aslanov Fövqəladə Hallar Nazirliyində (FHN) yeni vəzifəyə təyin edilib.

Manevr.az xəbər verir ki, bu barədə nazir general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, P.Aslanov FHN-in Mətbuat xidməti şöbəsinin baş məsləhətçisi vəzifəsinə təyin olunub.

FHN-in Mətbuat xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, P.Aslanov 29 sentyabr 2020-ci il tarixindən başlayaraq Vətən müharibəsində qəhrəmancasına iştirak edib, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Jurnalist P.Aslanovun sonuncu iş yeri Lider TV olub./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar