Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Feysbukun gündəlik auditoriyası 2,9 milyard nəfəri keçdi

Tarix: 29-07-2021 09:30     Baxış: 4254 A- / A+
Feysbukun gündəlik auditoriyası 2,9 milyard nəfəri keçdi


Dünyada 2,9 milyarddan çox insan hər ay azı bir dəfə feysbuk sosial şəbəkəsindən istifadə edir. Bu ötən illə müqayisədə 7 % daha çoxdur.

Manevr.az "report"a istinadən bildirir ki, bu barədə şirkətin ilin ikinci rübüylə bağlı hesabatında məlumat verilib.

Bundan əlavə, 2021-ci ilin iyun ayında 1,91 milyard insan təkcə feysbuk sosial şəbəkəsindən, dünyada təxminən 3,51 milyard insan şirkətin mövcud olan xidmətlərindən ("Instagram", "Messenger" və "WhatsApp" daxildır - Red) birini ən azı ayda bir dəfə istifadə edib.

"Facebook" şirkəti bu il 29,08 milyard ABŞ dolları gəlir əldə edib. Onun 10,39 milyard ABŞ dolları xalis mənfəətdir.

Qeyd edək ki, feysbuk sosial şəbəkəsi 2004-cü ilin fevralında həmin vaxt 19 yaşı olan və Harvard Universitetində (Boston, ABŞ) informatika və psixologiya ixtisası üzrə təhsil alan amerikalı tələbə Mark Zukkerberq tərəfindən yaradılıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar