Xəbər lenti
Azərbaycana gələn əcnəbilərin sayı bu il azalıb
"2021-ci ilin 6 ayında Azərbaycana gələn əcnəbilərin sayında 2,7 faiz azalma müşahidə olunub. Bu da pandemiya şərtləri ilə bağlıdır".
Manevr.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2021-ci ilin ilk 6 ayının yekunlarına dair onlayn mətbuat konfransında deyib. O bildirib ki, olduğu yer üzrə qeydiyyatda olanların sayında da 2,3 dəfə azalma olub.
“Daimi yaşama icazələrinin alınmasında kəskin artım müşahidə edilir. Eyni zamanda müvəqqəti yaşama icazələrinin alınmasında da artım var. İş icazələrinin alınmasında da 32,4 dəfə artma müşahidə edilir. Bu da pandemiya qaydalarının yumşalıması, iqtisadiyyatın bərpası ilə əlaqədardır”.
V.Hüseynov qeyd edib ki, hazırda Azərbaycanda 127 min əcnəbi yaşayır. “Onlar əsasən Rusiya Federasiyası, Gürcüstan, Türkiyə, Qazaxıstan respublikalarındandır”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar