Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Narkotik şəbəkəni idarə edənlərdən bir nəfər belə həbs edilməyib" - Aslan İsmayılovdan etiraz

Tarix: 28-07-2021 11:18     Baxış: 3129 A- / A+
"Narkotik şəbəkəni idarə edənlərdən bir nəfər belə həbs edilməyib" - Aslan İsmayılovdan etiraz

"Sən demə, Azərbaycanda neft sektorundan sonra ən böyük dövriyyəsi olan qeyri-neft sektoru məhz narkotik alveri imiş”.

Bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O, vətəndaşları narkotiklə mübarizəyə səsləyib:

"Bu mübarizədə ən böyük problem bu günə qədər də ancaq sıravi narkotik satıcılarının həbs edilməsidir. Bu şəbəkəni idarə edənlərdən, onların cinayətlərini gizlədənlərdən, onun belə geniş yayılmasına şərait yaradanlardan bir nəfər də həbs edilməyib.

Bu günlərdə çoxlu sayda məktublar alıram ki, həbs olunanlardan azad olunanlar var. Bir çoxları isə pulunu verib, az sonra prokurorluq və məhkəmələr vasitəsilə azad olunacaqlar. Bu reallıqdır”.

Hüquqşünas qeyd edib ki, bu barədə məlumatlar ictimailəşdirilməlidir:

"Bu dəfə biz sona qədər mübarizə aparmasaq, onlar bizim balalarımızın, gələcəyimizin sonuna çıxacaqlar. Səhiyyəyə cavabdeh olan şəxslərdən tələb olunmalıdır ki, təcili narkotikə aludə olmuş şəxslərin müalicəsi üçün yeni reabilitasiya mərkəzləri açsınlar. Ancaq birlikdə və israrlı olsaq, sosial şəbəkələr üzərindən güclü ictimai nəzarət yarada bilsək, bu bəladan qurtula bilərik”.sfera.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar