Xəbər lenti
Göyçayda qazi "EVİ" - utanmağa dəyər! - VİDEO /ŞƏKİLLƏR
"Müharibədə olan zaman Göyçay icra hakimiyyətindən tənha anam üçün iki ədəd çörək istədim, alıb vermədilər"
Manevr.az Göyçay rayonu Çayarxı kəndində yaşayan Vətən müharibəsi iştirakçısı Nicat Əbilağa oğlu Əliyev tərəfindən redaksiyamızın elektron poçtuna göndərdiyi məktubu təqdim edir:
"Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib bildirirəm ki, anamla birlikd çöllərdə qalmışıq. Bizim yaşayışımızı görən dəhşətə gələr.
Belə ki, mən Vətən müharibəsində "N" saylı hərbi hissənin tərkibində Suqovşan, Talışkənd uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Qubadlının müdafiəsində olmuşam. Buna görə mən medallarla təltif edilmişəm.
Atam vəfat edib, evimiz olmadığı üçün anamla birlikdə Göyçay rayonu Çayarxı kəndində çölün düzündə köhnə uçuq-sökük ticarət köşkündə yaşayırıq. Dörd kv-m ölçüsü olan həmin ticarət köşkünün döşəməsi yoxdur, tavanı damır. Gördüyünüz bu yerdə heyvan saxlamağa yaramır, ancaq biz burada yaşamağa məcbur olmuşuq. 10 il əvvəl borca düşdüyümüz üçün evimizi satıb köhnə ticarət köşkünü kəndin çöllüyünə qoyub yaşayırıq.
Daş bazarında fəhləlik edirəm ki, buna görə elə olur günlərlə işim olmur. Göyçay Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət etmişəm, ancaq heç bir köməklik göstərilməyib. Hətta mən Vətən müharibəsində olan zaman Göyçay rayon İcra Hakimiyyətinə zəng edib tənha qalmış anama iki ədəd çörək alıb verilməsini xahiş etmişəm. Ancaq xahişimi nəzərə almadılar, bir dəfədə olsun maraqlanmadılar.
35 yaşım var, evsizliyə imkansızlığa görə hələ ailə həyatı qurmamışam. Yaşadığımız daxmanın qazı və suyu yoxdur. Elektirik enerjisinə görə 700 manat borcumuz yaranıb. Bəlkə də Azərbaycanda bizim kimi acınacaqlı şəraitdə yaşayan ikinci bir ailə yoxdur. Sağlamam və əmək qabiliyyətinə malik olsam da hələ də işlə təmin olunmamışam. Baxmayaraq ki, Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. Acından ölməmək üçün Göyçayda daş bazarında fəhləlik edirəm. Bu iş isə daimi deyil, bir gün olur, 5 gün olmur. Həyatda arzum evimizin olması və ailə həyatı qurmağımdır ki, imkansızlığa görə bu mümkünsüz olub.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb onlardan xahiş edirəm, mümkün olarsa bizim yaşadığımız evin videosuna baxasınız və bizim ailəyə imkan daxilində köməklik göstərəsiniz.
Əlaqə telefonu; (050) 667-19-11"
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar