Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Havalar rekord həddə istiləşəcək - XƏBƏRDARLIQ

Tarix: 27-07-2021 09:05     Baxış: 3152 A- / A+
Havalar rekord həddə istiləşəcək - XƏBƏRDARLIQ


Yer kürəsində havanın temperaturunun artımı sürətlənir, bu ona gətirib çıxaracaq ki, ən yaxın onilliklərdə uzun müddətli istilərin intensiv dövrləri müşahidə olunacaq.

Manevr.az "report"a istinadən bildirir ki, bu barədə "Axios" Sürixin Ali Texniki Məktəbinin tədqiqatına istinadən bildirib.

"Əsas fikir ondan ibarətdir ki, biz qarşıdakı onilliklərdə istilərin rekordlarını daha çox üstələyəcək rekord həddə hazırlaşmalıyıq", - tədqiqatın iştirakçısı Erik Fişer bildirib.

Alimlər tədqiqatın gedişatında həmçinin müəyyənləşdiriblər ki, qeyri-adi isti hava istixana qazlarının atmosferə buraxılması ilə bağlı ola bilər. Qazların buraxılması göstəriciləri nə qədər çox olsa, istilik dövrü o qədər çox ola bilər.

Tədqiqatçılar eləcə də qeyd ediblır ki, Yerdə orta illik hərarət hər onillik ərzində 0,18 dərəcə artır. Bu, əvvəlki 40 ildə müşahidə olunandan daha sürətlidir. Nəticələr alimlərin hesab etdiyi kimi, istixana qazlarının tullantılarını azaltmaq ehtiyacını göstərir.

Alimlər istixana qazlarının Yer kürəsinin iqlimini sürətlə dəyişdirdiyindən mövcud tədbirlərin yetərli olmayacağı fikrini də irəli sürüblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar