Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
BÜTÜN XƏBƏRLƏR

DMX əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Tarix: 25-07-2021 16:08     Baxış: 3137 A- / A+
DMX əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ölkədə müvəqqəti olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

Manevr.az xəbər verir ki, müraciətdə Nazirlər Kabinetinin 2021-ci il 22 iyul tarixli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il sentyabrın 1-i saat 06:00-dək uzadıldığı deyilir.

Bildirilir ki, bu müddət ərzində Xidmətin fəaliyyəti hazırkı qaydalar əsasında həyata keçiriləcək (Daha ətraflı- https://www.migration.gov.az/az/news_detail/14374 ).

Karantin müddətində Xidmətin (012) 919 - Çağrı Mərkəzi həftə sonları (avqustun 7 və 8-də, 14 və 15-də, 21 və 22-də, 28 və 29-da) məhdud sayda əməkdaşla və rejimdə fəaliyyət göstərəcək. Odur ki, göstərilən tarixlərdə müraciətlər qurumun rəsmi internet səhifəsindəki onlayn bələdçi, həmçinin MigAz mobil tətbiqi vasitəsilə də ünvanlana bilər.

DMX bir daha xatırladır ki, müvəqqəti olma müddəti (viza müddəti və ya 90 gün) artıq 60 gün uzadılmış (dövlət rüsumu ödəyənlər) əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar