Xəbər lenti
Xəzərdəki vulkan quşları və ilanları məhv edib: Alov hələ sönməyib
İyulun 16-17-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin mütəxəssislərindən ibarət ekspedisiya qrupu iyulun 4-də Xəzər dənizindəki Daşlı adasında püskürmüş palçıq vulkanını ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə adaya səfər ediblər.
Manevr.az bildirir ki, AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsindən lent.az-a verilən məlumata görə, ekspedisiya qrupu Daşlı adasında palçıq vulkanı püskürən əraziyə baxış keçirərək, dib və su nümunələri götürüblər.
İşçi qrupunun tərkibində RSXM-nin "Makroseysmik tədqiqatlar" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Etibar Qaravəliyev də olub.
Qeyd edək ki, mütəxəssislərin iştirakı ilə əraziyə dron vasitəsilə baxış keçirilib, götürülmüş nümunələr yoxlanış üçün laboratoriyalara göndərilib.
E.Qaravəliyev qeyd edib ki, palçıq vulkanının katerində hələ də 2 metr yüksəklikdə alov müəyyən olunub. Həmin ərazidə quşların və su ilanlarının kütləvi şəkildə məhv olduğu aşkar edilib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ərazidən nümunə üçün götürülən elementlərə baxış keçirib. Baş direktor bildirib ki, bu nümunələr sırf elmi araşdırmalar üçün vacibdir. Götürülən nümunələrin tərkibində hansı elementlər, qazlar və ağır metalların olduğu və onların miqdarı öyrəniləcək. Baş direktor araşdırmaların aparılmasına vaxt tələb olunduğunu və yalnız araşdırmalar başa çatdıqdan sonra yekun fikir söyləməyin mümkün olacağını deyib.
Xatırladaq ki, Xəzərdəki Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. RSXM-nin "Zəlzələlərin tədqiqatı bürosu"nun məlumatına görə püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub. Bundan əvvəl Daşlı adasındakı vulkanda püskürmə 1945-ci ildə qeydə alınıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar