Sizin Reklam Burada
Xəbər lenti
28-11-2024
27-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağ döyüşçüsü olan jurnalist narazılıq etdi: “Bizim adımızla şou düzəltməsinlər”

Tarix: 21-07-2021 17:47     Baxış: 4267 A- / A+
Qarabağ döyüşçüsü olan jurnalist narazılıq etdi: “Bizim adımızla şou düzəltməsinlər”

“Müharibənin ölüm təhlükəsi bir yana, bircə günlük əziyyətini belə bəlkə ömrü boyu görməmiş insanlar bizim adımızla özlərinə şou düzəltməsinlər! Amma bizim adımızı nə öz tədbirlərinə pərçim etsinlər, nə də həmin insanlar üçün səsləndirsinlər”.

Bu fikirləri 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş tanınmış jurnalist Məğrur Əli Polad səsləndirib. O , Milli Mətbuat Günü münasibəti ilə müxtəlif qurumlar tərəfindən təşkil edilən mükafatlardan heç birinə layiq görülmədiyinə görə haqlı narazılığını dilə gətirib.

“Sabah bizim günümüzdür - Milli Mətbuat Günü. Artıq bir neçə gündür müxtəlif dövlət qurumları, qeyri-hökumət təşkilatları jurnalistləri dəstə-dəstə toplayıb "Müharibədə xidmətlərinə görə" adı altında mükafatlandırır, plaketlər, hədiyyələr verir, təriflərini göylərə qaldırırlar. Amma Vətən müharibəsində döyüşçü kimi iştirak etmiş media işçiləri (təxminən 30 nəfər) ya bu tədbirlərdə görünmürlər, ya da az bir hissəsi görünür. Əsasən müharibə dövründə məqalələr yazmaq, süjetlər çəkməklə öz işini yerinə yetirmiş jurnalistlərdir. Bəziləri cəbhə tərəflərə yolları düşəndə hansısa əsgərin silahını alıb şəkil çəkdirəndə, biz başımızın altında avtomat, mərmi yeşiklərinin üstündə, sağa-sola uçan qəlpələrin arasında gözümüzün acısını alırdıq... Əlbəttə, onlar da təltifə, xoş sözlərə layiqdirlər. Hətta müharibə ilə heç bir əlaqəsi olmayanlar da mükafatlandırıla bilər. Milli Mətbuat Günüdür axı. Amma Vətən müharibəsinin iştirakçısı jurnalistlər olmadan "Müharibədə xidmətlərinə görə" adı ilə necə tədbir keçirmək, bu əsaslandırma ilə kimisə mükafatlandırmaq olar?! Kim kimə nə istəyir verə bilər. Öz işləridir. Amma bizim adımızı nə öz tədbirlərinə pərçim etsinlər, nə də həmin insanlar üçün səsləndirsinlər. Mənə qəribə gələn həm də odur ki, səhnəyə çıxıb bu mükafatları alan həmkarlarımız təşkilatçılara irad bildirirlərmi ki, niyə döyüşçü jurnalistlər burda yoxdur?!”,- deyə Məğrur Əli Polad qeyd edib./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar