Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

ÜST-dən hamilələrin vaksinasiyası ilə bağlı AÇIQLAMA

Tarix: 21-07-2021 08:04     Baxış: 3165 A- / A+
ÜST-dən hamilələrin vaksinasiyası ilə bağlı AÇIQLAMA

Hamiləlik - koronavirusu ağır keçirmə riski olan sağlamlıq vəziyyətidir.


Rg.ru-nun məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhət Qrupunun (SAGE) yenilənmiş tövsiyələrində deyilir.

Xüsusilə 35 yaşdan yuxarılar və yanaşı xəstəlikləri olan hamilələr risk altındadır. Mövcud məlumatlara görə, onlarda xəstəliyin ağır gedişatının riski reproduktiv yaşda hamilə olmayan qadınlara nisbətən daha yüksəkdir.

Mütəxəssislər hamiləlik dövründə koronavirusun erkən doğum riskini artırdığını bildirirlər.

Onların sözlərinə görə, aparılan tədqiqatlarda COVID-19 peyvəndinin qadının və ya fetusun sağlamlığına zərərli təsirləri aşkar edilməyib. Bu baxımdan hamilə qadınların peyvənd vurdurması tövsiyə olunur.

ÜST tövsiyələrində həmçinin analara peyvənddən sonra körpələrinə süd verə biləcəyi qeyd edilib. Bundan əlavə, ilkin məlumatlara görə, bu vəziyyətdə qorunma anadan uşağa ötürülə bilər.oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar