Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

10 dəfə məhkum olub, 20 il həbsdə qalıb... – YENƏ TUTULDU

Tarix: 20-07-2021 12:42     Baxış: 3113 A- / A+
10 dəfə məhkum olub, 20 il həbsdə qalıb... – YENƏ TUTULDU

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisində avtobuslarda, ticarət məkanlarında cibgirliklə məşğul olan şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirilib.

Manevr.az apa-ya istinadən məlumatına görə, əməliyyat zamanı şəhər ərazisində fəaliyyət göstərən 9 nömrəli marşrut xəttində sərnişinlərdən birinin cibindən içərisində 150 manat vəsait olan pul qabını oğurlayan 50 yaşlı Elxan Cəfərov saxlanılıb. E. Cəfərov yaşadığı evdən çıxaraq 9 nömrəli marşrut avtobusuna minib. Avtobusda olan sıxlıqdan istifadə edərək oğurluq əməlini həyata keçirib və növbəti dayanacaqda düşərkən polis əməkdaşları tərəfindən tutulub.

İstintaqa cəlb edilən E. Cəfərovun indiyədək oğurluq və narkotik maddələri saxlama maddələri ilə 10 dəfə məhkum olunduğu və ümumilikdə 20 il məhkum həyatı yaşadığı məlum olub.

Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun ətraflarında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, E. Cəfərov Sumqayıt şəhər Polis İdarəsinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanan məşhur cibgir və narkobaron Qəmər Cəfərovanın oğludur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar