Xəbər lenti
Vətəndaş cəmiyyəti sektorunda uğurlu ictimai islahatlar...
Cəmilə Çiçək (İsbəndiyarova),
tədqiqatçı-jurnalist,
prezident təqaüdçüsü,
filologiya üzrə fəlsəfə doktoru,
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinin milli dəyərlərin təbliği və vətənpərvərlik istiqamətləri üzrə fəaliyyət göstərən QHT-lərlə onlayn görüşü keçirildi. Görüşdə yeni yaranmış Agentliyin məqsəd və vəzifələri, strategiyası barədə məlumat verilib, həmçinin görüşə qoşulan QHT-lərin inkişafına mane əsas problemləri və onların həll yolları, gələcəkdə nəzərdə tutulan qrant müsabiqələrinin mövzuları istiqamətində fikir mübadiləsi aparıldı.
XXI yüzillikdə yaşayırıq, sürət əsridir və hər şey sürətlə dəyişir. Ölkəmizdə bir çox sahədə geniş islahatlar getdiyi kimi, vətəndaş cəmiyyəti sektorunda da yeniləşməyə ehtiyac duyulurdu. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ləğv olunraq yerinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yaradılması məhz bu sahədəki uğurlu islahata dəlalət edir.
Əvvəlki komandanın yaxşı ənənələrini inkişaf etdirəcəyinə inandığımız Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bundan sonra da elmə, təhsilə və milli-mənəvi dəyərlərimizə xüsusi diqqət ayıracağına inanırıq. Düşünürük ki, Agentlik xüsusilə mənəvi dəyərlərlə bağlı layihələrin dəstəklənməsinə önəm verəcək.
Qarabağa, o cümlədən doğulduğum Kəlbəcərə məcburi köçkünlərin geri dönmələri üçün "Böyük Qayıdıs" dövlət proqramına QHT-lərin də öz töhfələri olmalıdır!
Bu baxımdan, o bölgənin mədəniyyəti, ədəbiyyatı, tarixi, folkloru və etnik-psixoloji düşüncəsinin yenidən tədqiqatlara cəlb olunmasına ehtiyac var.
Eyni zamanda, ictimai və mədəniyyət xadimlərinin geniş kütlələrin yenidən öz doğma ocaqlarına qayıtmaları üçün birləşərək aidiyyəti orqanlar qarşısında müəyyən əməli planlar təqdim etməsi də günümüzün vacib məsələlərindəndir.
Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi nəticəsində möhtəşəm qələbə əldə etdik, qədim torpaqlarımızı geri qaytardıq. İndi isə bu qələbənin davamı olaraq QHT-lərimiz aktual proqram və layihələrlə dövlətimizin yanında olmalıdırlar.
Məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması, orada yeni iqtisadi dirçəliş proseslərində, bərpa-tikinti, kənd təsərrüfatının inkişafında yeni imkanların tapılması, fərqli iş yerlərinin yaradılması məsələlərində ictimai sektor mütləq iştirak etməli, bu istiqamətlərdə sosial sifarişlər almalıdır!
Qarabağın sosial-mədəni, təhsil və pedaqoji, ictimai-siyasi həyatında QHT üzvləri fəal iştirak etməlidir!
İşğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, «Böyük Qaydış» proqramının sürətlə yerinə yetirlməsi, bərpa və quruculuq işlərinin aparılması, iqtisadiyyat, türizm, kənd təsərüffatının inkişaf etdirilməsi, öz yurdlarına birdəfəlik qayıdan insanlarla bağlı QHT-lər müəyyən layihələr, sosial sifarişlər həyata keçirə bilərlər.
Bir anlıq düşünək: əgər qaytarılan müqəddəs torpaqlarımıza məcburi köçkünlərin ellikcə qayıdışı olmayacaqsa, gənclərimizi, orta nəslin nümayəndələrini və yaşlılarımızı bu qayıdışa hazırlamayacağıqsa, qələbənin möhtəşəmliyinə kölgə salına bilər.
Qarabağa qaydış, işğal altında qalmış və azad edilmiş rayonların, şəhərlərin, qəsəbələrin, kəndlərin tarixi mütləq araşdırılmalı, gənclərə tanıdılmalıdır. Bu qədim yurd yerlərimizin bugünkü inkişafı, eyni zamanda mədəniyyəti, etnoqrafiyası, həm keçmişdəki, həm də indiki adət-ənənələri, əslən oradan olan gənclərin intellektual inkişafı, mənəviyyat problemləri, ailə institutları, ictimai təsisatları ilə bağlı məsələləri özündə əks etdirən, onların daha da zənginləşməsinə təsir edən müxtəlif layihələrin həyata keçirilməsinə dəstək verilməsinin vacibliyi günümüzün əsas prioritetlərindəndir. Biz bütün bunları geniş ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik.
“Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi indiyə qədər məhz müxtəlif nəsil insanların mənəvi təkamülünə təsir edə biləcək müxtəlif samballı layihələr həyata keçirib. İnandırmaq istəyirik ki, bundan sonra da bu tipli layihələri həyata keçirəcəyik. Arzu edirik ki, Agentlik ziyalılardan, alimlərdən ibarət olan təşkilatımızın layihələrini dəstəkləsinlər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin intellektual inkişaf və mədəniyyətlə bağlı layihələrin dəstəkləməklə yanaşı, dünya azərbaycanlılarının birləşdirə biləcək milli-mənəvi dəyərlərimizin qlobal maştabda yayılmasına təkan verən layihələri də dəstəkləməsini təklif edrik.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar